İstixanada becərilən meyvəli tərəvəz bitkiləri üzərində qida çatışmazlığının əlamətlərinin müəyyən edilməsi
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Bir neçə xarakterik bitki nümunələri götürün
|
-
İstixanada becərilən bitkilərindən hər hansı birini seçin
- Əsasən qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və meyvə nümunələri götürün
|
- Qida çatışmazlığının əlamətləri müəyyən edin və qeydlər aparın
|
-
Qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərin xarakterik yarpaq, zoğ, gövdə və meyvələrini nəzərdən keçirin
- Hər bir qida elementinin çatışmazlığının bitki nümunələrində rast gəlinən əlamətlərini ayrı-ayrılıqda qeyd edin
|
- Əyani olaraq müşahidə etdiyiniz nəticələri ədəbiyyat məlumatları ilə müqayisə edin
|
-
Fotoaparat vasitəsilə üzərində qida çatışmazlığının əlamətləri əks olunan yarpağın, zoğun, gövdənin və meyvənin şəkilini çəkin
- Hər bir şəkili Sizə uyğun ofis proqramları (microsoft word və ya power point) üzrə bir faylda yerləşdirin, şəkilin təsvirini verin
- Uyğun ədəbiyyatları (həmçinin, cari moduldan da istifadə etməklə) və internet məlumatlarını araşdırın və məlumatları toplayın
- Hər bir element üzrə bitkidə müşahidə etdiyiniz qida çatışmazlıqlarının əlamətlərini və verdiyiniz təsvirləri uyğun ədəbiyyat məlumatları ilə müqayisə edin
- Nəticələrin düzgünlüyünü yoxlayın, yalnış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və doğru təsvir verin
|