Torpaq münbitliyini uzun müddət qoruyub saxlamaq və artırmaq;
Mümkün qədər yerli kənd təsərrüfatı sistemlərində bərpa olunan ehtiyatlardan istifadə etmək;
Mümkün qədər qapalı sistemlərdə üzvi maddələrə və qida elementlərinə qayğı ilə yanaşmaq;
Mümkün qədər elə maddə və materiallardan istifadə etmək lazımdır ki, onlar təsərrüfatın özündə və başqa yerlərdə yenidən istifadə və dövr oluna bilsin;
Heyvanlara elə şərait yaratmaq lazımdır ki, onların təbii inkişafına kömək etsin;
Kənd təsərrüfatı fəaliyyəti nəticəsində çirklənməni minimuma endirmək;
Bitkiləri və yabanı canlıları qorumaqla kənd təsərrüfatı sisteminin və ətraf mühitin genetik rəngarəngliyinin saxlanması;
Kənd təsərrüfatı istehsalçıları BMT-nin İnsan Hüquqları Deklarasiyasına uyğun olaraq işləməli və özlərini təmin etməlidir;
Kənd təsərrüfatı sisteminin geniş sosial və ekoloji təsirini qəbul etmək və ekoloji təfəkkürü inkişaf etdirmək.
Sərbəst iş üçün tapşırıqlar
Gübrə satış mağazalarına, istixanalara, aqrolizinq mərkəzlərinə və s. səfər edin, hazırda mövcud olan və istixanada ən çox istifadə edilən gübrələr haqqında məlumat əldə edin.
İstixanaların suvarma və gübrələmə sistemi, bitkilərin suvarlması və gübrələnməsi üsul və qaydaları ilə tanış olun.
Topladığınız məlumatları ümumiləşdirin və qrup yoldaşlarınızla birgə müzakirələr aparın.