Hazırda istixanalarda peyindən başqa, digər üzvü gübrələr də istifadə olunur ki, onlar biohumus, kompost, torf, sapropel, yaşıl gübrə, yaşıl maye gübrə, peyin, quş zı və s. ibarətdir.
Biohumus. Biohumus, yaxud qurd peyini (korpolit) üzvi tullantıları emal edən soxulcanların hazırladığı 1-3 mm ölçüdə dənəvər kütlədir. Biohumus ən müasir, natural üzvi gübrədir. Tərkibi mikroelemetlərdən, antibiotiklərdən, vitaminlərdən və hormonlardan ibarətdir. Biohumusu həm də mikrobioloji gübrədir, tərkibi torpağı münbitləşdirən mikroorqanizmlərlə zəngindir. Tərkibində humin maddələri də vardır. Biohumusda xəstəlik törədiciləri, helmintlər (qurdlar), alaq otları toxumları, milçək süfrələri olmur.
Kompost. Kompost bitki və һeyvan mənşəli tullantıların (peyin, quş zılı, kül, bitkilərin yaşıl və quru kütləsi, şərabçılıq sənayesi tullantıları, bitki mənşəli ərzaq tullantıları və s.) birlikdə çürüdülməsi ilə hazırlanmış, qida maddələri ilə zəngin olan üzvi gübrədir. Kompost torpaqda qida maddələrinin miqdarını artırır, gilli torpaqları yumşaldır, qumlu torpaqlarda isə susaxlama qabiliyyətini yaxşılaşdırır. O, bitkilərə güc, məhsuldarlıq bəxş edir və onları xəstəlik və zərərvericilərə qarşı immunitetli edir.
Torf. Torf bataqlıq bitkilərinin çürüməsindən alınan üzvü gübrədir. Torfun tərkibində bitkilər üçün mənimsənilən qida elementlərinin az olmasma baxmayaraq, o, humusun miqdarını artırır və torpağın strukturunu yaxşılaşdırır.
Sapropel (lil). Lil göllərin, çaylarm, kanalların dibində toplanır. Onun tərkibində çoxlu çürüntü, azot, kalium və fosfor var. Qısa müddətli qurutma prosesindən sonra onu qumsal torpaqlarda (3-4 kq/m2) müvəffəqiyyatlə istifadə etmək olar.
Yaşıl gübrə. Paхlalı bitkilərin və ya digər ot bitkilərinin torpağa azot və üzvi maddələr verən yaşıl һissəsi yaşıl gübrə (siderat) adlanır. Bitki kütləsi torpağa qarışdırıldıqda, onu azotdan başqa digər qida maddələri ilə də zənginləşdirir.