4.2.4. Badımcan bitkisinin gübrələnməsi
Badımcan bitkisi tələb olunan ümumi qida maddələrinin 2%-ni şitil dövründə, 11-14%-ni çiçəkləmə fazasında və 84-87%-ni meyvə əmələgəlmə zamanı mənimsəyir.
Badımcan bitkisi torpaqdan məhsulu ilə kifayət qədər mineral maddələr mənimnsəyir. Müxtəlif sortlardan və becərilmə şəraitindən asılı olaraq istixanada becərilən badımcan 1 ton məhsulun əmələ gəlməsi üçün torpaqdan orta hesabla aşağıdakı miqdarda əsas qida maddələrini mənimsəyir:
Badımcan bitkisi əkiləcək sahəyə 20-40 ton peyin verilməsi şərti ilə mineral gübrələrdən N240 P240 K200 (kq-la) vermək lazımdır. Bu normada bitki yaxşı inkişaf edir və yüksək məhsul verir. Peyinin 50%-i, fosforun 60%-i ilə birlikdə şumaltına, qalan 50 %-i isə əkin zamanı cərgələrə və yuvalara verilib torpağa qarışdırılır. Badımcan azot və kalium gübrələrinə daha tələbkardır. Qida maddələri, xüsusən azot çatışmayan torpaqlarda bitki zəif inkişaf edir, az və keyfiyyətsiz məhsul verir. Fosfor, azot və kalium gübrələrinin qalan hissəsi vegetasiya ərzində 2 dəfə yemləmə kimi verilir. Birinci yemləmə şitil əkinindən 15-20 gün sonra, 2-ci yemləmə isə ilk meyvə əmələ gətirmə dövründə verilməlidir.
4.2.5. Bibər bitkisinin gübrələnməsi
Bibər bitkisi 100 sentner məhsulun əmələ gəlməsi üçün 45-56 kq azot, 8-15 kq fosfor, 50-80 kq kalium sərf edir. Xüsusi ilə də üzvü gübrələr bibər bitkisinin inkişafə üçün daha əhəmiyyətlidir. Üzvü gübrə kimi sayəhə yarım çürümüş peyin, torf, kompost, biohumus və s. verilə bilər. Bibər əkini üçün şum altına hər hektara 10-15 ton peyin, 200-300 kq superfosfat və 50-100 kq kalium gübrəsi vermək məsləhətdir. Vegetasiya ərzində təsiredici maddə hesabı ilə 150-180 kq azot, 120-180 kq fosfor, 120-150 kq kalium verilməsi məsləhət görülür. Peyinin 70-80%-ni əsas şum altına, 20-30%-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. Fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-ni şitil sahəyə əkiləndən 15-20 gün sonra, 30%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələgəlmə dövründə vermək lazımdır. Azot gübrəsinin 30%-ni şum altına, 30%-ni şitil əkiləndən 15-20 gün sonra, 40%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələ gələn dövrdə vermək məsləhətdir. Gübrələri qeyd olunmuş sxemdə verdikdə bitkilər bütün vegetasiya dövründə müntəzəm olaraq qida maddələri ilə təmin olunur, eyni zamanda bitkinin məhsul vermə dövrü uzanır.
4.3. Ekoloji-təmiz tərəvəz istehsalında tətbiq edilən təbii-üzvü gübrələr: kompost, torf, biohumus, yaşıl gübrələr, biopreparatlar və onların istixana şəraitində tətbiqi qaydaları