Gübrələr ümumi norma |
Ümumi gübrə norması fiziki ç |
N t.e.m | P.t.e.m | K.t.e.m |
38.555 | 4.64 | 24.7632 | ||
MKP | 8.9230769 | ---- | 4.64 | 3.03384 |
KNO3 | 47.23773 | 6.140906 | 21.72936 | |
NH4NO3 | 98.224527 | 32.4194 | ||
Yekun | 4.64 | 24.7632 |
Cədvəl 4.6. lV mərhələ üzrə Burada da N, P, K-nın 2-ci dövrdə olan qiymətlərini yerinə qoyub yuxardakı ardıcıllıqla hesablayırıq
10. Hesablamalar nəticəsində pomidorun vegetasiya dövrü ərzində yekun gübrələmə sistemi cədvəl 7 – də təsvir olunmuşdur.
Gübrələr | Vegetasiya dövrləri | |||
1 | 2 | 3 | 4 | |
MKP | 2.1 | 2.5 | 4.3 | 8.9 |
KNO3 | 5.3 | 8.9 | 23.3 | 47.2 |
NH4NO3 | 25.9 | 29.2 | 46.9 | 98.2 |
Cədvəl 4.7. Fertiqasiya üzrə fiziki çəkidə gübrələmə sistemi
Qeyd: Vegetasiya dövründə pomidorun fertiqasiya üzrə hesablanmış gübrə norması hər bir dövrün müvafiq günlərinə və ya suvarma intervalına görə hesablanır. Bunun üçün hər bir dövrün əhatə etdiyi günləri müəyyən etmək lazımdır. Təxmini olaraq pomidor bitkisinin şitil əkinindən çiçəklənməyə qədər ( I dövrdə olan müddət 15 gün, II dövr – 30 gün, III dövr – 45 gün, IV dövr – 55 gün) təşkil edir. Pomidorun sortlarından onların tez və gec yetişən olmasından asılı olaraq günlərin sayı dəyişir. Hər bir dövr üzrə fiziki çəkidə hesablanmış gübrə normaları həmin dövrün davametmə günlərinin sayına bölürük və gündəlik 1 ha sahə üzrə gübrə norması tapılır. Gündəlik gübrə norması adətən hidroponika ( torpaqsız) becərmə şəraitində hər gün suvarma suyuna gübrələrin qarışdırılması üçün hesablanır. Pomidorun torpaqda becərmə şəraitində isə gündəlik gübrə norması suvarma intervallararası günlərin sayına vurulur və suvarma intervalı üzrə gübrə norması tapılır. Bunun əsas səbəbi ondadır ki, torpaq hidroponika ilə müqayisədə özündə daha çox su saxlayır, nəticədə pomidor intervallarla suvarılr və gübrələr interval suvarma sularına qarışdırılır. Fərz edək ki, bizim misalda pomidor bitkisi torpaq şəraitində becərmədə 3 gündən bir suvarılacaq. Onda gündəlik və intervallar arası gübrə norması aşağıdakı kimi olacaq.
Gübrələr | 1 ci dövr | 2 ci dövr | 3 cü dövr | 4 cü dövr | ||||
Gündəlik | interval | Gündəlik | interval | Gündəlik | interval | Gündəlik | interval | |
MKP | 2.1 :15= 0.14 | 0.14x3 gün=0.42 | 2.5:30 = 0.083 | 0.25 | 4.3:45 = 0.09 | 0.28 | 8.9:55 = 0.16 | 0.48 |
KNO3 | 5.3 :15 = 0.35 | 1.006 | 8.9 :30 =0.30 | 0.87 | 23.3:45 = 0.517 | 1.553 | 47.2:55 = 0.85 | 2.57 |
NH4NO3 | 25.9 :15 = 1.72 | 5.18 | 29.2:30 = 0.97 | 2.92 | 46.9:45 = 1.04 | 3.12 | 98.2:55 = 1.78 | 5.35 |
Cədvəl 4.8. Fertiqasiya üzrə gündəlik və intervallar arası gübrə norması, kq