Qeyd: pomidor bitkisi əsas gübrələmədə istifadə olunan mineral gübrələrdən 80 % K mənimsəyir. Əgər biz əsas gübrələmədə tərkibində 50 % K2O olan K2SO4 – dən istifadə etsək, onda hesablama belə olacaq.
80 % - 56.28 50% - 70.35
100 % - y y = 70.35kq 100% - y y = 140.7 kq
Gübrədəki maddənin faizlə miqdarını nəzərə alaraq təsiredici maddə hesabı ilə tələb olunan gübrə norması artırılır və fiziki çəkidə gübrə norması hesablanır.
Qeyd: Fertiqasiya ilə verilən azotun, fosforun və kaliumun pomidor bitkisi hamısını menimsəyə bilmir. Təcrübə göstərir ki, fertiqasiya ilə verilən azotun təxminən 91 % ( normanı 1.1 dəfə), fosforun 62.5 %( normanı 1.6 dəfə artırmalı ), kaliumun 83.3 % ( normanı 1.2 dəfə ) itkiyə gedir. Bu baxımdan fertiqasiya ilə veriləcək gübrə normaları uyğun əmsallara vurularaq artırılmalıdır və yekun t. e.m. hesablanır.
Qeyd: Fertiqasiya ilə məlum olurki, biz pomidor bitkisinin vegetasiya müddətində 77.11 kq N, 9.28 kq P,45.024 kq K verməliyik. Burada gübrə normaları 1 ha üzrə t.e. m.hesabı ilə müəyyən edilmişdir.
Fertiqasiya ilə gübrələnmə sistemini tərtib edək:
Fertiqasiya üzrə pomidor bitkisinə vegetasiya dövrünün 4 mərhələsində (l – şitil əkini , çiçəklənmə, ll – çiçəklənmə, mayalanma, lll – meyvə əmələgəlmə, yığımın başlanması, lV – yığımın başlanmasından sona qədər ) gübrələnmə həyata keçirilir.
Qeyd: Fertiqasiya üçün nəzərdə tutulan ümumi gübrə normaları müxtəlif vegetasiya dövrləri üzrə qəbul edilmiş faiz nisbətlərində hesablayaq.N və P – un ümumi fertiqasiya normasının 12 % - i l mərhələdə, 14 % -i ll mərhələdə, 24 % i lll mərhələdə, 50 % - i lV mərhələdə verilməsi planlaşdırılır. Fertiqasiya üçün ümumi K un norması 7% - i l mərhələdə, 11 % - i ll mərhələdə, 27 % -i lll mərhələdə, 55 % - i lV mərhələdə verilməsi planlaşdırılır. Qeyd olunan normalara uyğun olaraq cədvəl 2 də hesablama aparaq.
Sıra nömrəsi | Dövr | N | P | K |
1 | Şitil əkini,çiçəkləmə | 9.2532 | 1.1136 | 3.15168 |
2 | Çiçəklənmə,mayalanma | 10.7954 | 1.2992 | 4.95264 |
3 | Meyvə ə/g,yığımın başl | 18.5064 | 2.2272 | 12.15648 |
4 | Yığımın baş-sı sona qədər | 38.555 | 4.64 | 24.7632 |
Cədvəl 4.2. Fertiqasiya ilə gübrələmə sistemi
P və K_un hesablanması da eyni qayda ilə: l mərhəldə hər ikisinin hesablanmasını yazaq.
növbəti mərhələlər bu ardıcıllıqla hesablanır.