x - 30% x= 70.2 kq ( K )
4. Torpaqda olan qida maddələrinin mənimsənilməsini nəzərə alaraq pomidor bitkisinin gübrələ, yəni təsir edici maddə ilə NPK - ya olan tələbatı aşağıdakı kimi olur.
248 – 140.4 = 107.6 kq ( N)
64 – 19.5 = 44.5 kq ( P)
272 – 70.2 = 201.8 kq ( K)
5. Mineral gübrələrin torpaqda parçalanmasını asanlaşdırmaq və onların bitkilər tərəfindən mənimsənilən hala keçməsini təmin etmək məqsədi ilə üzvi gübrələrdən istifadənin əhəmiyyəti böyükdür. Bunun üçün biohumus, kompos, torf və yarımçürümüş peyindən istifadə olunur. Bizim misalda hektara 30 ton yarımçürümüş peyin verilmişdir. Peyinin tərkibində 0.5 % N, 0.25 % P, 0.6 % K var.pomidor bitkisi peyinin tərkibində olan azotdan 25% , P – dan 40%, K – dan 60% istifadə edə bilir. Onda peyin vasitəsilə pomidor bitkisi aşağıdakı miqdarda NPK mənimsəyəcək.
N = 30 000 kq x ( 0.5/100 ) x 0.25 = 37.5
P = 30 000 kq x ( 025 /100 ) x 0.4 = 30
K = 30 000 kq x ( 0.6 / 100 ) x 0.6 = 108
6. Peyində olan qida maddələrini nəzərə alaraq pomidor bitkisinin planlaşdırılan məhsula görə gübrə normaları belə olacaq.
107.6 – 37.5 = 70.1 kq ( N)
44.5 – 30 = 14.5 kq ( P)
201.8 – 108 = 93.8 kq ( K )
7. Məlumdur ki, azot gübrəsi mütəhərrik olub tez həll olandır, bu baxımdan azotun tam miqdarı yəni 100 % fertiqasiya ilə veriləcək. P və K bir qədər çətin mənimsənilən olduğu üçün xüsusilə, superfosfat və kalium sulfat gübrələri torpaqda çox gec parçalanır. Bundan başqa, P və K – un qismən parçalanmasını və əkinə qədər torpaqda qida ehtiyatı yaratmaq lazımdır. Qeyd olunanları nəzərə alaraq P və K –un illik normasının 60 % - əsas gübrələmədə (yəni şum altına)tətbiq edilir.
Qida maddələri |
İllik norma.t.e.m. kq |
Əsas gübrələmə | Fertiqasiya | |
t.e.m | Fiziki çəki | t.e.m | ||
N | 70.1 | 70.1 x 1.1=77.11 | ||
P | 14.5 | 8.7 | X= 290 kq | 0.4 x 14.5 x 1.6 = 9.28 |
K | 93.8 | 56.28 | Y= 140.7 | 0.4 x 93.8 x 1.2 = 45.024 |
Cədvəl 4.1. Ümumi gübrələmə sistemi. Pomidor bitkisinin illik gübrələmə sistemi
Qeyd: Fosfor gübrələrindən pomidor bitkisinin mənimsəmə faizi 15 % təşkil edir. əgər biz əsas gürələmədə tərkibində 20 % P2O5 olan sadə superfosfat gübrəsindən istifadə etsək, onda fiziki çəkidə gübrə norması belə hesablanır.
15 % - 18.7 kq 20 % - 58
100% - x, x = 58 kq P2O5 100 % - x x = 290.