Bu tip gübrələr 100% xelatlaşdırıldığına görə onların tərkibində olan makro və mikroelementlər tez həll olur və bitki tərəfindən asan mənimsənilir.
Xelat nədir? Xelat-amin turşularının mineral ionlar ilə kompleks birləşməsidir. Xelat yunan sözü olub, chele-xamutun qısqacı mənasını verir. Yəni, xelatın əmələ gəlmə sxeminə nəzər salsaq, bu xamutun qısqacı kimi mikroelementləri özündə tutub saxlamağı təsvir edir.
Makro və mikro elementlərin xelatlaşması onların elə bir formasıdır ki, bu zaman bitki tərəfindən makro və mikro elementlər asan mənimsənilir. Adətən, suda həll olan gübrələrin kisələrinin üzərində EDTA sözü ifadə olunur ki, bu onların xelatlaşdırıldığını göstərir. EDTA (Ethylenediamine tetra acetic-etilendiamin sirkə turşusu) xelat maddəsi olub, ümumi formulu - [CH2N(CH2COOH)2]2, molekul formulu isə C10H16N2O8 olan gübrə istehsalında geniş istifadə edilir. Suda həll olan toz şəkilli gübrələr qablaşdırılarkən, onların üzərində ingilis dilində“Water soluble fertilizer-suda həll olan fübrə” qeyd olunur.
Hazırda istixanada torpaqsız (hidroponika) tərəvəz əkinlərində fertiqasiya üçün aşağıdakı suda həll olan maye mineral gübrələr istifadə edilir:
Formulalarda yazılmış rəqəm həmin elementin gübrədəki faizlə miqdarını göstərir.