Yekunda hesablanmış illik və ya mövsümi gübrə normaları bitkinin vegetasiya müddətlərinə uyğun olaraq az-az normalarla suvarma suyuna qarışdırılır və damcı üsulu ilə bitkilərə verilir.
Məlumdur ki, istixanalarda damcı üsulu ilə suvarma geniş tətbiq edlir. Bu baxımdan meyvəli tərəvəz bitkilərinin gübrələnməsi damcı suvarma ilə birlikdə həyata keçirilir. Bu üsul fertiqasiya adlanır. Fertiqasiya - gübrələrin suvarma suyu ilə birlikdə bitkilərə çatdırılmasıdır. Fertiqasiya üçün damcı üsulu ilə suvarma sistemi və uyğun gübrə seçimi olmalıdır. Burada fertiqasiya üçün uyğun gübrə dedikdə suda həll olan toz və ya maye şəkilli gübrələr başa düşülür.
Hazırda istixanada, damcı suvarma sistemi ilə torpaqda becərilən açıq və örtülü tərəvəz sahələrində, o cümlədən torpaqsız (hidroponika) tərəvəz əkinlərində fertiqasiya üçün müxtəlif çeşidli suda həll olan toz və maye şəkilli mineral gübrələr istifadə edilir.
MR.THOR WSF, MR.Joker, MR. Star, Plantafol, Multi Micro Combi və s. markalı toz şəkilli suda həll olan gübrələrin tərkibində mikroelementlər (TE-mikroelementlərin mövcudluğunu göstərir) olmaqla yanaşı, N, P və K miqdarı aşağıdakı nisbətlərdə olur:
Burada birinci rəqəm azotun, ikinci rəqəm fosforun və üçüncü rəqəm kaliumun fazilə miqdarını göstərir. Bundan başqa bu gübrələrin tərkibində suda həll olan, bitkilər tərəfindən asan mənimsənilən mikroelementlər də vardır. Qeyd olunan gübrələr kompleks gübrələr olub, onlarda makroelementlər iki qat və üç qat ola bilər, yəni onların tərkibində bitkilər üçün lazım olan iki və ya üç əsas element, həmçinin mikroelementlər – bor, mis, molibden və. s ola bilər. Məsələn, 20-20-20+TE gübrəsinin tərkibində makro və mikro elementlərin miqdarı aşağıdakı kimidir: