2. Peyində olan qida maddələrini nəzərə alaraq, planlaşdırılmış məhsulu əldə etmək üçün 1 hektar istixana altında olan torpağa aşağıdakı miqdarda qida maddələri vermək lazımdır:
682,5-37,5=645 kq azot
210-308=180 kq fosfor
1409-108=1301 kq kalium
3. Pomidor bitkisi orta hesabla mineral gübrələrdən 70% azot, 15% fosfor və 80% kalium mənimsəyir. Gübrənin tərkibində olan qida maddələrindən bitkinin istifadə əmsalını nəzərə alaraq gübrənin verilmə norması artırılır.
645*100
70 = 921.4 azot (təsiredici maddə hesabı ilə)
180*100
15 = 1200kq fosfor (təsiredici maddə hesabı ilə)
1301*100
80 = 1623kq kalium (təsiredici maddə hesabı ilə)
Gübrələr bitkinin bioloji xüsusiyyətlərindən və təsərrüfatın imkanlarından asılı olaraq seçilməlidir. Əgər ammonium nitrat (34%), ikiqat superfosfat (45%) və kalium sulfat (50%) istifadə olunursa yuxarıdakı təsiredici maddə hesabı ilə olan gübrə normalarını fiziki çəkiyə çevirib torpağa vermək lazımdır:
Gübrədəki maddənin t.e.m hesabı ilə tələb olunan %-lə miqdarı
-------------------
gübrə norması, kq
100% gübrə ilə təminat üçün
-------------------
x ( fiziki çəkidə tələb olunan gübrə norması, kq)
Ammonium nitrat 921.4*100
34 = 2710.1 kq/ha
İkiqat superfosfat 1200*100
45 = 2667 kq/ha
Kalium sulfat 1623*100
50 = 3251.3 kq/ha
Hesablamanın nəticələrinə əsasən məlum olur ki, 1 hektar istixana sahəsindən 250 ton pomidor məhsulu götürmək üçün mövsüm ərzində fiziki çəkidə 2710.1 kq ammonium nitrat , 2667 kq ikiqat superfosfat və 3251.3 kq kalium sulfat gübrələri tələb olunur.
Qeyd: istixanada torpaqsız becərmə üsulunda (hidroponika) bitkilərin gübrələrə olan təlabatı yuxarıda qeyd olunan ardıcıllıqla hesablanır. Sadəcə həmin hesablamada torpaqda və peyində olan qida maddələrindən istifadə edilməsi nəzərə alınmır. Burada əsasən suda həll olan gübrələrdən istifadə edilir.