Bibər qida maddələrinə çox tələbkardır. Onu qida maddələri ilə zəngin torpaqlarda əkmək lazımdır. Bitkinin vegetativ kütləsi çox olduqda qida maddələrinə ehtiyacı daha çox olur.
4.2.1. Meyvəli tərəvəz bitkilərinin qida maddələrinə olan tələbatı və gübrə normalarının hesablanması
İstixanada becərilən meyvəli tərəvəz bitkilərinin gübrələrə olan təlabatı əsasən planlaşdırılmış məhsula görə müəyyən edilir. Bu üsulla gübrə normasını təyin edən zaman aşağıdakıları nəzərə almaq lazımdır:
Misal. İstixanada becərilən pomidor bitkisinin planlaşdırılan məhsula görə mövsümü olaraq gübrələrə olan təlabatını hesablayaq. Fərz edək ki, mövsüm ərzində 1 hektar istixana sahəsindən 250 ton pomidor məhsulunun götürülməsi planlaşdırılmışdır. Burada pomidor torpaqda becərilir və şərti olaraq qəbul edək ki, 100 q torpaqda 5 mq P2O5 və 6 mq K2O vardır.
Təcrübələrlə sübut edilmişdir ki, 10 ton məhsulla pomidor bitkisi orta hesabla torpaqdan 27,3 kq azot, 9 kq P2O5 və 58,5 kq K2O aparır. Məhsuldarlıq 250 ton/ha olduqda isə hektardan 682,5 kq N, 225 kq P2O5 və 14623 kq K2O aparılır.
1 hektar istixana altında 30 sm dərinlikdə torpaqda mütəhərrik fosforun miqdarı (5*30) - 150 kq və mübadilə olunan kaliumun miqdarı isə (6*30) - 180 kq-dır. Pomidor bitkisi torpaqda olan fosforun 10%-ni və kaliumun isə30%-ni istifadə edir ki, bu da 15 kq fosfor və 54 kq kaliuma bərabərdir.
Verilmiş şərtləri nəzərə alaraq hesablama aparaq:
1. Torpaqda olan qida maddələrini nəzərə alaraq, planlaşdırılmış məhsulu əldə etmək üçün 1 hektar istixana altında olan torpağa aşağıdakı miqdarda qida maddələri vermək lazımdır:
225-15=210 kq P2O5
1463-54=1409 kq K2O
Pomidor sahəsinə 30 ton peyin verildikdə, onun da tərkibində 0,5% N, 0,25% P2O5 və 0,6% K2O vardır. Beləliklə, 30 ton peyinlə hektara 150 kq azot, 60 kq fosfor və 180 kq kalium verilmiş olur. Əksər bitkilər, o cümlədən pomidor bitkisi birinci il peyiinn tərkibindən 25% azot, 40% fosfor və 60% kalium mənimsəyir ki, bu da 37,5 kq azota, 30 kq fosfora və 108 kq kaliuma bərabərdir.