Bir cərgədə olan bir boru kəmərinin sərf etdiyi su belə hesablanır:
Q=N*q= 175*1.55= 271.25 litr/saat (4.24)
Fərz edək ki, bir magistral boru kəməri ilə su bir birindən 1,4 məsafədə (c) yerləşən 70 m uzunluğunda (L) olan 18 ədəd (k) lentə verilir. Bu zaman damcı üsulu ilə suvarılacaq sahə belə tapılır:
F = c*k*L= 1.4*18*70=17.6≈18 ha (4.25)
Bir saatda (t=1) ümumi lentlər üzrə su sərfi aşağıdakı kimi hesablanır:
V1= t*Q*d = 1*271,25*18=4882,5 litr ≈ 4,88 m3 (4.26)
Məlum olur ki, 0.18 ha istixana sahəsində 18 ədəd lent üzrə 1 saatda 4,88 m3 su sərf olunacaq. Lakin bir qədər öncə hesabladıq ki, bitkiyə lazım olan faktiki suvarma suyunu torpağa vermək üçün 7,29 saat tələb olunur. Onda bu müddət ərzində 0,18 ha sahəyə veriləcək su norması aşağıdakı kimi, hesablanır:
m = V1 * t = 4,88 * 7.29 = 35.6 m3 (4.27)
4.27 saylı formula üzrə alınan rəqəm 0,18 ha sahəni suvarmaq üçün tələb olunan suyun miqdarını göstərir. Lakin 1 ha sahə üzrə suvarma suyunun norması aşağıdakı kimi hesablanır:
𝒎 = 𝑽𝟏∗𝒕
𝑭 = 𝟒.𝟖𝟖∗𝟕.𝟐𝟗
𝟎.𝟏𝟖
= 𝟏𝟗𝟕.𝟕 m3/ha (4.28)
Aparılan hesablamaların nəticəsi onu göstərir ki, lentlərarası məsafə 1,4 m, bu lentlərdə olan plastik boruların uzunluğu 70 m, lentdə olan damcıladıcılar arası məsafə 40 sm, bir damcıladıcının su sərfi 1,55 litr/saat olarsa, bitkinin tələb etdiyi suya əsasən, 1 ha sahəni 50 sm dərinliyində damcıvari üsulla nəmləndirmək üçün 197,7 m3/ha su və bu suyu sahəyə vermək üçün təxminən 7,29 saat vaxt tələb olunur.
Qeyd: istixanada torpaqsız becərmə üsulunda (hidroponika) bitkilərin suvarma suyuna olan təlabatı yuxarıda qeyd olunan ardıcıllıqla hesablanır. Sadəcə həmin hesablamada torpaqda deyil, süni substratda olan nəmlik öyrənilir. Burada torpaqda becərmə üsulu ilə müqayisədə suvarma suyu daha çox sərf edilir.
Suvarma suyunun keyfeyyəti. Meyvəli tərəvəz bitkiləri üçün suvarma suyunun əsas keyfiyyət göstəricisi onun konsentrasiyasıdır (sıxlığıdır). Suyun sıxlığına təsir edən əsas amillər onda olan mineralların olmasıdır. Həm içməli suda, həm də suvarma suyunda ümumi həll olan duzların miqdarını müəyyən etmək oduqca həyat əhəmiyyətli vacib məsələdir. Məsələn, suvarma suyunda 4,5 mq/l ümumi həll olan duzlar varsa, bu əksər kənd təsərrüfatı bitkiləri, o cümlədən meyvəli tərəvəz bitkiləri üçün optimal hesab olunur. Əgər bu göstərici 4,5-6,5 mq/l arasında olarsa, onda bitkinin bu şəraitə davamlılığına baxmaq lazımdır. Davamsız bitkilər üçün əlverişli şərait yaratmaq lazımdır.
Tərkibində həll olan ümumi mineral duzların miqdarına görə sular aşağıdakı qradasiyalar üzrə qruplaşdırılır: