Wt-torpağın tarla rütubət tutumu, %;
Ws-torpağın suvarma qabağı nəmliyi, %.
Qeyd olunan düsturu (4.21) parktik başa düşmək üçün konkret bir misal üzərində təsvir edək. Misal: Fərz edək ki, torpağın tarla rütubət tutumu 24,2%, suvarma qabağı nəmlik isə 16,9% təşkil etmişdir. Bu göstəriciləri laboratoriya analizləri ilə, yaxud adi qaydada, ev şəraitində torpağı qurutmaq və alınan fərqə əsasən nəmliyi müəyyən etməklə hesablamaq olar.
Şərti olaraq qəbul edək ki, lentdə olan damcıladıcılar arası məsafə 40 sm, cərgə (lent) boyunca nəmləndirilən sahənin eni 60 sm, nəmləndiriləcək kök yayılan aktiv qatın hündürlüyü 50 sm, torpağın həcm kütləsi 1,29 t/m3 (qr/sm3 ölçü vahidindən çevrilmişdir) və bir damcıladıcının (q) su sərfi 1,55 litr/saat təşkil edir. Əvvəlcə suvarmanın vaxtını təyin edək.
𝐓 = 𝟎.𝟏𝟔𝟗
𝟎.𝟐𝟒𝟐 ∗𝟏𝟎𝟎 = 𝟔𝟗.𝟖𝟎%
Hesablamadan aydın olur ki, suvarma qabağı torpaqda olan nəmlik tarla rütubət tutumunun 69,8%-ni təşkil edir, yəni 70% həddindən aşağıdır və bu da suvarmanın vaxtının yetişdiyini göstərir. Onda bir bitkinin qida sahəsi üzrə tələb olunan suyun miqdarı aşağıdakı kimi olar:
𝐕 = 𝟎.𝟒 ∗ 𝟎.𝟔 ∗ 𝟎.𝟓 ∗ 𝟏.𝟐𝟗 ∗ (𝟎.𝟐𝟒𝟐 − 𝟎.𝟏𝟔𝟗) = 𝟏𝟏𝟑𝟎 ∗ 𝟏𝟎−𝟓𝐦𝟑 = 𝟏𝟏.𝟑 𝐥𝐢𝐭𝐫
Alınmış faktiki tələb olunan suvarma suyuna (V) əsasən suvarmanın davametmə müddəti tapılır.
t = V/q = 11.3/1.55 = 7,29 saat (4.22)
Buradan aydın olur ki, bir bitkinin qida sahəsi üzrə tələb olunan suyu bir damcıladıcı ilə 7,29 saata vermək mümkün olacaq.
Qeyd edək ki, bitkiyə normadan az və ya çox su verdikdə bir sıra problemlər yaranır. Belə ki, normadan çox su verdikdə bitkinin kökləri tənəffüs edə bilmir, artıq su torpaq səthini yuyaraq eroziya baş verir və qrunt suyu səthə yaxın olan torpaqlarda isə təkrar şorlaşma yaranır. Normadan az su verdikdə isə bitki suzuluqdan əziyyət çəkir, torpaqda olan minerallar çətin həll olur və bitki torpaqda olan qida maddələrini mənimsəyə bilmir. Ona görə də bu hesablamanı aparmaq çox vacibdir.
Növbəti hesablamalar üçün bir cərgədə olan damcıladıcıların sayını bilmək zazımdır. Bir lentdə (cərgədə) olan damcıladıcıların sayı belə hesablanır:
N = L/a (4.23)
Burada L-cərgənin və ya lentin uzunluğu, m və a-damcıladıcılar arası məsafədir. Məsələn, 70 m uzunluğu olan bir lentdə damcıladıcıların sayı belə hesablanır:
N = 70/0.4 = 175 ədəd