Damcı ilə suvarma zamanı birinci olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların yerləşməsi bitkilərin əkin sxemindən (cərgəarası və bitkiarası məsafə) asılı olaraq müəyyən edilməlidir. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədə uyğundur. Onlar həm ucuz, yüngül, paslanmayandır və ən başlıcası suvarma suyunun təmizliyi qorunur.
İstixanada damcıvari suvarma üçün borulara olan təlabatın hesablanması. İstixana üçün polietilen boruların sərfiyyat normasını hesablamaq olduqca asandır. Bunun üçün magistral kəmər və cərgəarası borular tələb olunur. Uzunluğu daha çox olan sahələrdə magistral boruların sayını artırmaq mümkündür. Damcıvari suvarma sistemində daha çox boru cərgəarası lentlərə sərf olunur. Cərgəaralarında paylayıcı boruların sərfiyyat norması aşağıdakı kimi hesablanır:
𝐋𝐛 = 𝟏𝟎𝟎𝟎𝟎
𝐋𝐜 ∗ 𝐒 (4.19)
Burada:
Lb - ümumi əkin sahəsi üçün tələb olunan cərgəarası və ya lentlər üzrə borunun uzunluğu, m; 10000 - bir hektar sahə m2-lə;
Lc - bitkinin əkin sxeminə uyğun olan cərgəarası və ya lentlərarası məsafə, m;
S - istixanada bitki əkiləcək ümumi sahə, ha.
Misal: Fərz edək ki, 2 ha sahəsi olan istixanada cərgəarası və ya lentlərarası məsafə 1 m
olmaqla damcıvari suvarma üsulu ilə pomidor əkmək planlaşdırılır. Belə olan halda Lc = 1 m
və S = 2 ha təşkil edir. Onda Lb = 10000
1 ∙ 2 = 20000m. Deməli, 2 ha sahə üçün 20000 m
uzunluğunda cərgəarası və ya lentlər üzrə paylayıcı borular tələb olunur. Hazırda
istixanalarda diametri 15-20 mm və qalınlığı 1 mm olan polietilen borular istifadə olunur və
100 m uzunluğunda olan belə boruların çəkisi 5 kq təşkil edir. Onda qeyd olunan misal üzrə 2
hektar istixanada damcı üsulu ilə suvarma aparmaq üçün 1 ton cərgəarası polietilen boru
tələb olunur.
𝑴𝒃𝒐𝒓𝒖 = 𝟐𝟎𝟎𝟎𝟎 𝒎 ∙ 𝟓 𝒌𝒒
𝟏𝟎𝟎 𝒎 = 𝟏𝟎𝟎𝟎 𝒌𝒒 𝒗ə 𝒚𝒂 𝟏 𝒕𝒐𝒏
Hazırda daxili bazarlarda mövcud olan damcıvari suvarma üçün boruların bəzi parametrləri aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 4.3).
Məhsul № | Borunun ölçüləri (DxS, mm |
Damcıladıcının uzunluğu, (mm) |
Damcının axma sürəti, (litr/saat) |
Damcıladıcılar arası məsafə, (mm) |
1 | 12x0,9 | 36 | 1,5 | 190-200 |
2 | 16x1,1 | 36 | 2,0 | 285-315 |
3 | 16x1,1 | 40 | 4,0 | 475-525 |
4 | 20x1,2 | 40 | 2,0 | 710-790 |
5 | 20x1,2 | 40 | 4,0 | 950-1050 |
Cədvəl 4.3. Damcıvari suvarmada istifadə olunan boruların parametrləri