Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. İstixanada torpağı yüksək temperatur şəraitində polietilen örtük altında saxlamaqla və isti buxar yaratmaqla xəstəlik və zərərverici törədicilərinə qarşı aparılan dezinfeksiya işi necə adlanır?
A) Aerasiya
B) Solarizasiya
C) Fumiqasiya
D) Irriqasiya
Sual 12. Cərgəarası 70 santimetr və bitki arası məsafə 30 santimetr olduqda bir hektar pomidor becərilən istixanada nə qədər bitki olur?
A) 50000 bitki;
B) 47619 bitki;
C) 45000 bitki;
D) 48000 bitki.
Sual 13. Lent üsulu iki cərgəli tərəvəz bitkisi əkilmişdir. Lentin uzunluğu 10 metr, lentdə cərgəarası məsafə 70 santimetr və bitkiarası məsafə 25 santimetr təşkil edir. Bir lentdə olan bitkilərin sayını hesablayın?
A) 70 bitki;
B) 80 bitki;
C) 50 bitki;
D) 100 bitki.
Sual 14. Pomidor bitkisinin əksər sort və hibridləri üçün optimal bir cərgəli əkin sxemi necədir?
A) Cərgəarası 100-120 sm, bitki arası 5-10 sm;
B) Cərgəarası 10-20 sm, bitki arası 10-20 sm;
C) Cərgəarası 20-30 sm, bitki arası 80-90 sm;
D) Cərgəarası 70-80 sm, bitki arası 30-40 sm.
Sual 15. Hidroponikada istifadə edilən, yalnız bitki mənşəli (təbii) substratlar olan sıranı seçin.
A) Mineral yun və ya minvata, kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək və gövdə qırıntıları;
B) Kokopit, xırdalanmış saman və torf qarışığı, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək və gövdə qırıntıları;
C) Mineral yun və ya minvata, hidrogel, şüşə yunu, plastik köpük materialı, polistirol;
D) Şüşə yunu, plastik köpük materialı, polistirol, ağac qırıntıları, bəzi dekorativ bitkilərin çiçək və gövdə qırıntıları.