Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Şitillər dibçəkdən ehtiyatla çıxararaq yuvaya əkilir. Şitil 1-ci yarpağa qədər torpağa basdırılmalıdır.
Sual 2. İstixanda becərilən indeterminant pomidor sortlarında çiçək salxımı nə qədər az saxlansa, ümumi məhsuldarlıq azalsa da məhsulun yetişməsi bir o qədər tezləşir..
Sual 3. Xiyar bitkisi üçün istixanada havanın nisbi rütubəti məhsulvermə fazasına qədər 10-15%, məhsulvermə fazasında isə 25-35% olmalıdır.
Sual 4. İstixanada badımcan bitkisi üçün ən əlverişli temperatur 20-30°C hesab edilir.
Sual 5. Bibər şitilləri daimi yerinə köçürüldükdən sonra istixanada temperatur gündüzlər 24 -25°C, gecələr 18-23°C hüdudunda saxlanılmalıdır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. İstixanada mulçanın tətbiqinin böyük əhəmiyyəti var. Mulça torpağın ................................ ehtiyatını qorumaqla yanaşı, havalı və yumşaq saxlayır. Bu da bitkinin inkişafına xüsusi təsir göstərir.
Sual 7. Xiyar bitkisi çox sürətlə inkişaf edir. Meyvələrin yaxşı inkişafı üçün yarpaq buğumlarından çıxan ................................ qoparılmalıdır.
Sual 8. Xiyar bitkinin boyu kifayət qədər uzandıqda, ................................ yarpaqlar alınmalıdır.
Sual 9. Torpaq rütubətinin normadan az olması ................................ tökülməsinə səbəb olur.
Sual 10. Pomidor bitkisində kök boğazından 30 sm yuxarıya doğru gövdə üzərində olan zoğlar qoparılmalı, bitkinin boyu 2 m-ə çatdıqdan sonra son salxım və iki yarpaq buraxılaraq ................................ aparılmalıdır.