Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Əkin üçün nəzərdə tutulmuş torpaq və ya substratı müəyənləşdirin
|
-
Şitil köçürüləcək torpaq sahəsi və ya süni substrat (kokopit,minvata və s.) seçin
- Praktik işi yerinə yetirmək üçün onlardan müəyyən hissə ayırın
|
- Dezinfeksiya üçün kimyəvi preparatları və digər vasitələri tədarük edin
|
-
Torpağı dezinfeksiyaedici kimyəvi preparatlardan sayılan, göydaş (mis kuporosu), 1%-li bordo (göydaş+əhəng) məhlulu, xlorlu əhəng, formalin, dəmir sulfat və s. ədə edin
- İşçi məhlul hazılmaq üçün su, qablar, tərəzi, qaşıq, əlcək və s. tədarük edin
|
- Dozalara uyğun işçi məhlul hazırlayın, torpaq və ya substratın dezinfeksiya edin
|
-
Göydaş (mis sulfat və ya mis kuporosu) məhlulu hazırlamaq üçün 1 xörək qaşığı göydaş götürün və 10 litr suda həll edin.
- 1%-li bordo (göydaş+əhəng) məhlulu ilə məhlulu hazırlamaq üçün 100 qram göydaş, 100-150 qram əhəng və 10 litr su lazımdır. Məhlulun daha təsirli və keyfiyyətli alınması üçün göydaş və əhəngi ayrı-ayrı qablarda həll edin. Bunun üçün tutumu 10 litr olan iki kapron vedrə götürün hər birinə 1 litr su əlavə edin, ayrı-ayrılıqda göydaş və əhəngi qarışdırılaraq həll edin. Sonra hər bir vedrəyə su əlavə edilərək onların səviyyəsini 5 litrə çatdırın və qarışdırın. İçərisində 5 litr əhəngli su olan qab qarışdırıla-qarışdırıla bura asta-asta göydaş məhlulu (digər 5 litr) tökün və qarışdırın.
- Xlorlu əhənglə (Ca(ClO)2) ilə məhlul hazırlamaq üçün 400 qram xlorlu əhəng götürün və 10 litr suda qarışdırın. Məhlulu 4 saat saxlayın və torpağa çiləyin.
- Formalin (formaldehid) məhlulu hazırlamaq üçün 1 hissə formalini 100 hissə suda qarışdırın və torpağa çiləyin.
|