6. İstixananın işıqlandırılması üçün tələb olunan lampalar, onların sayı və gün ərzində orta işıqlandırma müddəti müəyyən edildikdən sonra elektrik enerjisinin xərclərini hesablamaq olar. Adətən, ölkəmizin istixana quraşdırılan rayonlarında payız-qış fəslinin işıqlı günləri qısa olan aylarında (noyabr, dekabr, yanvar, fevral) sutka ərzində orta hesabla 7-8 saat istixananın süni işıqlandırılması kifayət edir. Bu zaman apardığımız hesablamaya görə lüminesent və DNAT lampaları ilə istixana işıqlandırılarsa, aylıq elektrik enerjisi sərfiyyatı aşağıdakı kimi hesablanır:
50 kvadrat metr sahəsi olan istixana üçün lüminesent lampalarla işıqlanmada elektrik enerji sərfiyyatı:
𝟐𝟗𝟗 𝒍𝒂𝒎𝒑𝒂 ∗ 𝟑𝟔 𝑽𝒕 ∗ 𝟕 𝒔𝒂𝒂𝒕 = 𝟕𝟓𝟑 𝑽𝒕
𝒈ü𝒏 ∗ 𝟑𝟎 𝒈ü𝒏 = 𝟐𝟐𝟔𝟒𝟒𝟎 𝑽𝒕/𝒂𝒚
və ya
𝟐𝟐𝟔𝟒𝟒𝟎 𝑽𝒕
𝟏𝟎𝟎𝟎 = 𝟐𝟐𝟔𝟎 𝒌𝑽𝒕/𝒂𝒚
50 kvadrat metr sahəsi olan istixana üçün DNAT lampalarla işıqlanmada elektrik enerji sərfiyyatı:
𝟑𝟔 𝒍𝒂𝒎𝒑𝒂 ∗ 𝟐𝟓𝟎 𝑽𝒕 ∗ 𝟕 𝒔𝒂𝒂𝒕 = 𝟔𝟑𝟎𝟎𝟎 𝑽𝒕/𝒈ü𝒏 ∗ 𝟑𝟎 𝒈ü𝒏 = 𝟏𝟖𝟗𝟎𝟎𝟎𝟎 𝑽𝒕/𝒂𝒚
və ya
𝟏𝟖𝟗𝟎𝟎𝟎𝟎 𝑽𝒕
𝟏𝟎𝟎𝟎 = 𝟏𝟖𝟗𝟎 𝒌𝑽𝒕/𝒂𝒚
50 kvadrat metr sahəsi olan istixana üçün lüminesent lampalarla işıqlanmada elektrik enerji xərcləri:
𝟐𝟐𝟔𝟎 𝒌𝑽𝒕 ∗ 𝟎.𝟏 𝒎𝒂𝒏𝒂𝒕 = 𝟐𝟐𝟔 𝒎𝒂𝒏𝒂𝒕/𝒂𝒚
50 kvadrat metr sahəsi olan istixana üçün DNAT lampalarla işıqlanmada elektrik enerji xərcləri:
𝟏𝟕𝟖𝟎 𝒌𝑽𝒕 ∗ 𝟎.𝟏 𝒎𝒂𝒏𝒂𝒕 = 𝟏𝟖𝟗 𝒎𝒂𝒏𝒂𝒕/𝒂𝒚
Avqust 2017-ci il tarifləri ilə hesablamalardan aydın olur ki, istixananın işıqlanmasında daha çox işıq selinə malik lampalardan istifadə edilməsi, elektrik enerji xərclərinə qənaət etməyə imkan verir.