Əgər bizim apardığımız hesablamada işıq lampalarını pomidor bitkisindən 60 santimetr hündürlükdə (əsasən yuxarı yarus yarpaqlar olan hissədən) quraşdırsaq, onda itkini nəzərə alaraq bitkinin tələb etdiyi işıq selinin normasını 2 dəfə artırmalıyıq.
𝟓𝟎𝟎𝟎𝟎𝟎 ∗ 𝟐 = 𝟏𝟎𝟎𝟎𝟎𝟎𝟎 𝐥𝐦
5. Aparılan hesablamadan məlum olur ki, 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 1000000 lumen işıq seli tələb olunur. Lakin istixananı bu işıq seli ilə işıqlandırmaq üçün bizə nə qədər işıq lampası tələb olunduğunu müəyyən etməliyik. Bunun üçün müxtəlif gücə və işıq selinə malik lampalardan biri seçilməlidir. Sonra ümumi tələb olunan işıq selini istifadə olunacaq lampanın işıq selinə (axını) bölmək lazımdır.
Hazırda istixanalarda müxtəlif gücə və işıq selinə malik lüminesent, fluorosent, DNAT və s. civəli lampalar istifadə olunur (Şəkil 4.11). Əgər biz hesabatını apardığımız istixana üçün 36 Vatt gücə və 3350 lümen işıq selinə malik lüminesent (Şəkil 4.12) lampalarından istifadə etsək, onda 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 299 ədəd lampa lazım olacaq.
𝟏𝟎𝟎𝟎𝟎𝟎𝟎
𝟑𝟑𝟓𝟎 = 𝟐𝟐𝟗 𝐥𝐚𝐦𝐩𝐚
Nəticədə, bizə məlum olur, bitkidən 60 santimetr hündürlükdə quraşdırılacaq lampalarla 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 36 Vatt gücə və 3350 lümen işıq selinə malik 299 ədəd lümineset lampa tələb olunur. Bu lampaların parametrləri aşağıda verilmişdir:
Əgər biz hesabatını apardığımız istixananın işıqlandırılması üçün 250 Vatt gücə və 28000 lümen işıq selinə malik DNAT 250 markalı lampalardan istifadə etsək, onda 50 kvadrat metr sahəsi olan istixananı 10000 lüks işıqlanma dərəcəsi ilə işıqlandırmaq üçün 36 ədəd lampa lazım olacaq.