Məhlulun daha təsirli və keyfiyyətli alınması üçün göydaş və əhəng ayrı-ayrı qablarda həll olunur. Bunun üçün tutumu 10 litr olan iki kapron vedrə götürülür, hər birinə 1 litr su əlavə edilir, ayrı-ayrılıqda göydaş və əhəng qarışdırılaraq həll edilir. Sonra hər bir vedrəyə su əlavə edilərək onların səviyyəsi 5 litrə çatdırlır və qarışdırılır. İçərisində 5 litr əhəngli su olan qab qarışdırıla-qarışdırıla bura asta-asta göydaş məhlulu (digər 5 litr) tökülür və qarışdırılır. Hazırlanmış 1%-li bordo məhlulu süzülür, çiləyici vasitəsilə şitillikdə torpağa çilənir;
- Xlorlu əhənglə (Ca(ClO)2) ilə torpağın dezinfeksiyası. Bu preparat torpaqda olan bir çox xəstəlik və zərərverici törədicilərinə qarşı yüksək dezinfeksiya edicicilik xüsusiyyətinə malikdir. Şitil xanada toxum səpinindən əvvəl 1 m2 torpağa 200 qram xlorlu əhəng səpilir və torpaq bellənir. Yaxud, həmin preparatdan məhlul hazırlanır. Bunun üçün 400 qram xlorlu əhəng götürülür və 10 litr suda qarışdırılır. Məhlul 4 saat saxlanılır və torpağa çilənir;
- Formalin (formaldehid) məhlulu ilə torpağın dezinfeksiyası. Formalin bir qədər zəhərli preparat olub, torpaqda yaşan həm xeyrli, həm də zərərli orqanizmləri məhv edir. Lakin işçi alətlərin və şitilxananın dezinfeksiyasında xüsusi təsirə malik dezinfeksiya edici prepratdır. İşçi alətlərin və ümumi istixananın dezinfeksiyasında 1 hissə formalin 40 hissə suya qarışdırılır və dezinfeksiya aparılır. Lakin torpağın dezinfeksiyasında isə 1 hissə formalin 100 hissə suya qarışdırılır və torpağa çilənir;
- Dəmir sulfat məhlulu ilə torpağın dezinfeksiyası. Dəmir sulfat da formalin kimi torpaqda yaşan həm xeyrli, həm də zərərli orqanizmləri məhv edir. Lakin formalin ilə müqayisədə dəmir sulfat az toksikli (zəhərli) preparat hesab olunur. Məhlul hazırlamaq üçün 250 qram dəmir sulfat götürülür və 10 litr suda qarışdırılır. Hazır məhlul torpağa çilənir.
Şumdan sonra bitkinin qida sahəsinə uyğun şırımlar çəkilərək yuvalar açılır. Şitilin tirəyə əkilməsi daha səmərəlidir. Bunun üçün əvvəlcə tirə düzəldilməlidir. Tirədə nəmlik və hava optimal olur, torpaq yumşaq və strukturalı qalır və bitkinin kök sistemi yaxşı inkişaf edir.
Şəkil 3.5.