Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Toxumun həyatiliyinin əsas göstəricisi onun cücərmə qabiliyyətidir və bu göstərici xüsusi təsərrüfat əhəmiyyətinə malikdir.
Sual 2. Birinci sinifə aid keyfiyyətli xiyar toxumlarının cücərmə qabiliyyəti 50-60% olmalıdır.
Sual 3. Şitil dedikdə üzərində çiçək və meyvəsi olmayan, əkin materialı kimi becərilən cavan bitkilər başa düşülür.
Sual 4. Şitilxanada cücərti alınana qədər temperaturu aşağı salmaq, cücərtilər alındıqdan sonra temperaturu daha da artırmaq lazımdır.
Sual 5. Toxumun təsərrüfat yararlılığını hesablamaq üçün onun təmizliyini (A) cücərmə qabiliyyətinə (B) bölüb, 100-ə bölmək lazımdır
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Toxum üçün pomidor kolunun ............................. hissəsində yerləşən ilk üç meyvə salxımları seçilməlidir.
Sual 7. İçi boş, xırda, keyfiyyətsiz toxumları müəyyən etmək üçün ağır ............................. məhlulu hazırlanır və toxumlar onun içərisinə salınır.
Sual 8. ............................. preparatının təsiri nəticəsində şitillərin böy artımı zəifləyir, gövdəsi qalınlaşır, kök kütləsi artır, yaxşı yarpaqlayır və şitil kompakt bir forma alır.
Sual 9. Badımcan və bibər toxumları şitilin daimi yerinə köçürüləcəyi gündən 50-55 gün ............................. səpilir
Sual 10. Əvvəlcə toxumlar müəyyən dayaz qablara əkilir və cücərdilir, sonra ləpə yarpaqları və ya 1-2 əsl yarpaqları yaxşı inkişaf etmiş bitkilər torpaqla birlikdə köklü çıxarılır, dipçəyə və ya düzəldilmiş ləklərə köçürülür və şitil kimi becərilir. Bu üsul ............................. adlanır.