Əkin üçün hazır olan şitillərin keyfiyyət göstəriciləri aşağıdakı cədvəldə verilmişdir:
Bitkilər |
Şitilin yaşı, gün |
Qida sahəsi, sm2 |
Bitkinin boyu, sm |
Gövdənin qalınlığı, mm |
Yarpaqların sayı, ədəd |
Yaş kütləsi, qram |
Assimlyasiya səthinin sahəsi, sm2 |
|
yerüstü | kök | |||||||
Pomidor | 35-45 | 30-49 | 20-25 | 6-10 | 6-8 | 13-16 | 0,6-1 | 200-300 |
Bibər | 45-50 | 20 | 18-20 | 4-5 mm | 8-9 | 7-8 | 0,6-1 | 150-180 |
Badımcan | 40-45 | 30 | 18-20 | 4-5 mm | 5-6 | 12-16 | 0,8-1 | 200-250 |
Xiyar | 25-30 | 36-48 | 3-4 |
Cədvəl 2.6. İstixanada yetişdirilən şitillərin keyfiyyət göstəriciləri
Bütöv şitilliyi çıxartmaq məqsədə uyğun deyil. Bəzən, əkin bu və ya digər səbəbdən gecikir (işçi qüvvəsinin azlığı, hava şəraitinin əlverişsiz olması və s.) və çıxarılmış şitillər soluxur. Bu baxımdan şitillər mərhələli şəkildə çıxarılmalıdır. Həmçinin, gələcəkdə bitiş alınmayan hissələrdə təmir aparmaq və yeni şitillər əkmək üçün ehtiyatda dipçək şitillərinin 2-3%-i və ləklərdə becərilən şitillərin 5-7%-i saxlanılmalıdır. Ləklərdə becərilən şitillər bıçaq və digər kəsici alətlər vasitəsilə torpaqdan ehtiyatla çıxarılmalıdır, onların kökü kəsilməməlidir, yaxınlıqdakı şitillər zədələnməməlidir və torpaqlı götürülməlidir. Çıxarılmış şitillər qablaşdırılmalıdır, günəşdən qorunan, sərin, kölgəli yerdə saxlanılmalıdır. Əkin müddətinin uzandığı dövrdə çıxarılmış şitillər mütəmadi suvarılmalıdır.
Sərbəst iş üçün tapşırıqlar