Şitilliklərdə xəstəlik və zərərvericilərə qarşı ən səmərəli və qabaqlayıcı mübarizə şitil əkiləcək torpağın dezinfesksiyasıdır. Bunun üçün əvvəlcə şitillik sahəsinin torpağı alaq otlarından (herbsid çiləməklə) və əvvəlki bitki qalıqlarından təmizlənir, sonra 25 sm dərinlikdə şumlanır. Şumdan 20-25 gün sonra torpaqda olan xəstəlik və zərərvericilərin törədicilərinin məhv edilməsi üçün dezinfeksiya işləri aparılır.
Bunun üçün torpağa dezinfeksiyaedici kimyəvi preparatlardan olan, göydaş (mis kuporosu), 1%-li bordo (göydaş+əhəng) məhlulu, xlorlu əhəng, formalin, dəmir sulfat, mixever preparatı və s. verilə bilər. Bu preparatların istifadə qaydası aşağıda verilmişdir: