Həmçinin, Fitosporin-M preparatı münbitlik yaradıcısı hesab edilən təbii qumi (təbii boz kömürdən alınmış və tərkibində humin maddələri-humatlar var) maddəsi ilə zənginləşdirilmişdir. Preparatın tərkibində bitkilər tərəfindən asan mənimsənilən makro və mikro elementlə mövcuddur. Preparatın tərkibində olan qumi maddəsi hesabına bitki normal inkişaf edir, yerüstü və kök sistemi sürətlə böyüyür, onun immun sistemini güclənir və stres amillərinə qarşı davamlılığı artır. Həmçinin, bu biopreparat tərkibində olan “bacillius subtillis” bakteriyası hesabına pomidor, xiyar, badımcan və bibər bitkilərinin bir çox xəstəlik törədicilərinə qarşı istifadə edilə bilər. Preparat xüsusi ştamm (qida mühiti) formasında 200 q çəkisi olan paketlərdə istehsal olunur. Çəkisi 200 qram olan 1 paket ştamm 400 ml suda həll edilir və biopreparat məhlulu hazırlanır. Hazırlanmış biopreparat məhlulundan 1-2 xörək qaşığı götürülüb 10 litr suda həll edilir və şitillərin üzərinə çilənir. Nəticədə, bitkilərin immun (stress amillərinə qarşı davamlılıq) sistemi güclənir, yerüsütü və kök kütləsi yaxşı inkişaf edir. Məhlulun tərkibində xeyrli və zərif bakteriyalar olduğu üçün onu qızmar günəş altında saxlamaq olmaz və çiləməni səhər tezdən və ya axşam üstü sərin havada aparmaq lazımdır.
2.7.3. Şitillərin xəstəlik və zərərvericilərinə, o cümlədən alaq otlarına qarşı mübarizə
Şitillikdə xəstəlik və zərərvericilərin, o cümlədən alaq otlarının yayılmasının qarşısını almaq üçün səpindən əvvəl qabaqlayıcı mübarizə tədbirləri aparılır. Məsələn, alaq otlarına qarşı herbsid çilənir, torpaqda yayılan xəstəlik və zərərverici törədicilərinə qarşı dezinfeksiya işləri aparılır.
Şitilxanalarda yüksək təsirediciliyə malik olan herbisidlərdən istifadə olunur. Bunlar aşağıdakılardır: