Badımcan və bibər |
1-ci | Cücərti alındıqdan 25-30 gün və ya pkirovkadan 10-12 gün sonra |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium sulfat -5 qr/10 litr suya |
2-ci | 1-ci gübrələmədən 7-10 gün sonra |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium sulfat -10 qr/10 litr suya |
|
3-cü |
Şitilin daimi yerinə
köçürülməsindən 10-12 gün əvvəl |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-35÷40 qr/10 litr suya, kalium sulfat -10÷15 qr/10 litr suya |
Cədvəl 2.5. Şitillərə yarpaqdan yemləmə şəkilində mineral gübrələrin verilmə müddəti, sayı və normaları
Qeyd: Əgər becərilmə dövründə şitillər normal inkişaf edərsə, kökdən kənar (yarpaqdan) yemləmə gübrəsinin iki dəfə verilməsi kifayətdir. Xiyar bitkisi xlora qarşı mənfi reaksiya göstərdiyinə görə şitillərə kalium xlorid əvəzinə, kalium sulfat gübrəsi verilməlidir. Bibər və badımcan toxumlarının cücərmə müddədi və şitillərin inkişaf dövrü bir-birə yaxın olduğundan, onların gübrələnməsi bir xanada təsvir edilmişdir.
Şitillərə üzvü-bioloji və bakteriyal gübrələrin verilməsi
Üzvü-bioloji gübrələr ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur. Üzvü-bioloji gübrələrdən hazırlanmış peyin şirəsi, biohumus çayı, maye yaşıl gübrələr bitki tərəfindən asan mənimsənilir, onlar bitkilərin intensiv inkişafını təmin edir, xəstəlik və zərərvericilərə qarşı davamlılığını artırır. Maye yaşıl gübrə müxtəlif bitkiləri (məsələn: gicitkən, xəndəkotu və s.) qıcqırtmaqla hazırlanır. Onların tərkibində çoxlu miqdarda azot və kalium elementləri vardır. Bu gübrələr bitkilərin suvarılmasında birbaşa kökdən də verilə bilər, həmçinin, onların duruldulmuş cövhəri bitki üzərinə çilənir və kökdən kənar yemləmə həyata keçirilir. Modulun müəllifi F.Ş. Ələkbərov və Tərtər rayonunun Buruc kəndində alim-aqronom və ekoloji fermer kimi fəaliyyət göstərən F. Musayev öz sınaq təcrübələrinə əsasən şitillərə aşağıdakı üzvü-bioloji gübrələrin verilməsini təklif edir:
Biohumus çayı. 250-300 qram havada quru çəkidə biohumus götürülür, 10 litr suda qarışdırılır, 1 sutka otaq şəraitində saxlanılır, hazır məhlul süzülür və şitillərə çilənir. Biohumus çayının tərkibində olan azot, fosfor, kalium, çoxlu miqdarda kalsium və digər mikro elementlər həll olan formada olmaqla yarpaqlar tərəfindən asan sovrulur, şitillərin xəstəlik və zərərvericilərə qarşı davamlılığı artırır və şitillər sağlam böyüyür (Şəkil 2.17).
Gicitkən maye yaşıl gübrəsi. Gicitkənin 1 kq yaşıl və ya 400 qram quru kütləsi götürülür, kapron vedrələrdə 10 litr suya tökülür, otaq temperaturunda, günəşin təsirindən qorunmaqla 10 gün saxlanılır və qıcqırdılır. Məhlula həşəratların daxil olmaması və qıcqırma getməsi üçün vedrənin ağzı hava daxil olan formada örtülü saxlanılır. Gündə 1-2 dəfə məhlul qarışdırılır və qıcqırma zamanı məhlulun səthində köpüklər əmələ gəlir. Son günlərdə (7-10 gün) artıq məhlulun səthində köpüklərə rast gəlinmirsə və gicitkənin hissələri (əsasən yarpağı) suda tam həll olmuşdursa, bu cövhərin hazır olduğunu göstərir. Adətən isti hava şəraitində cövhər 8-10 günə hazır olur. Hazırlanmış cövhərdən 1 litr götürülür və 10 suda qarışdırılır, süzgəcdən keçirilir və hazır maye yaşıl gübrə şitillərə çilənir (Şəkil 2.17).