Yəni, 1 litr məhlulda duzların miqdarı 5 qrama qədər olmalıdır. Təcrübələrə əsasən yarpaqdan yemləmə gübrəsi verilərkən, qidalı məhlulun optimal konsentrasiyası, yəni ümumi həll olan duzların miqdarı pomidor və xiyar şitilləri üçün 0,25-0,35 q/litr (0,25-0,35%) və ya ya 3,5-5 mS/cm hesab edlir. Qeyd edək ki, məhlulun duzluluğu müasir elektron konduktumetr (EC) cihazları ilə asanlıqla ölçülə bilər (Şəkil 2.16). Burada suda həll olan duzların yaratdığı elektrik keçiriciliyi hesabına cihaz məhlulun konsentrasiyasını ölçür. Məhlulun elektrik keçiriciliyinin ölçü vahidi millisimens mS/cm və ya mikrosimens μS/cm-dir. Burada məhlullun temperaturundan asılı olaraq millisimens və ya mikrosimens ölçü vahidini qram və ya milliqrama çevirmək üçün müxtəlif əmsallar mövcuddur. Məsələn, 1 μS/cm=0,001 mS/cm ≈0,5 və ya 0,7 mq/litr və ya 0,005÷0,007 q/litr).
Cihaz işçi məhlula salınmaqla onun duzluluğu, hətta pH-ı asanlıqla təyin olunur (Şəkil 2.16). Əgər gübrəli suda duzların miqdarı buraxıla bilən həddən çox olarsa, bu zaman məhlulun sıxlığı artır, qida maddələrinin bitki tərəfindən mənimsənilməsi çətinləşir (məhlulda təzyiq hüceyrə şirəsinin osmotik təzyiqindən çox olduğu üçün) və artıq duzluluq yarpaqları yandırır. Yarpaq səthində qalan duz qalıqlarının bitkini yandırmaması üçün hər bir kökdən kənar yemləmə gübrəsindən sonra şitillər təmiz su ilə yuyulmalıdır. Bunun üçün orta hesabla 1 m2 şitilliyə 5-6 litr təmiz su sərf olunur. Xiyar, pomidor, badımcan və bibər şitillərinə yarpaqdan yemləmə gübrələrinin verilmə müddəti, sayı və normaları Ccədvəl 2.5-də verilmişdir. Bu cədvələ əsasən pomidor şitillərinə kökdən kənar yemləmə gübrəsinin verilmə qaydası praktik tapşırıqda izah edilmişdir.
Şitillər | Yemləmə gübrələmələrinin sayı |
Gübrələrin verilmə müddəti |
1 m2 şitilliyə sərf olunan işçi məhlula görə gübrə normaları |
Xiyar | 1-ci | Cücərti alındıqdan 7-10 gün və ya pkirovkadan 1 həftə sonra |
amonium şorası-10 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium sulfat-10 qr/10 litr suya |
2-ci | 1-ci gübrələmədən 7 gün sonra |
amonium şorası-10 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium sulfat-15 qr/10 litr suya |
|
3-cü |
Şitilin daimi yerinə köçürülməsindən 5-6 gün əvvəl |
amonium şorası-10 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium xlorid-15 qr/10 litr suya |
|
Pomidor | 1-ci |
Cücərti alındıqdan 20-25 gün və ya pkirovkadan 10 gün sonra |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium xlorid-10 qr/10 litr suya |
2-ci | 1-ci gübrələmədən 7 gün sonra |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium xlorid-15 qr/10 litr suya |
|
3-cü | Şitilin daimi yerinə köçürülməsindən 10 gün əvvəl |
amonium şorası-5÷7 qr/10 litr suya, sadə superfosfat-40 qr/10 litr suya, kalium xlorid-20 qr/10 litr suya |
|
1-ci | Cücərti alındıqdan 20-25 gün və ya pkirovkadan 0 gün sonra |
amonium şorası-5 qr/10 litr suya, sadə superfosfat-30 qr/10 litr suya, kalium xlorid-10 qr/10 litr suya |