Cücərmə kütləvi hal aldıqda temperatur aşağı salınır. Məsələn, kələmlər üçün 6-10°C, qalan bitkilərdən ötrü 8-12°C-də 3-4 gün saxlanır ki, bitkilərin gövdələri çox uzanmasın, kökləri isə torpağın dərin isti qatına işləsin. Bu müddətdə işıqlanma güclü olmalıdır. Bu da şitilin uzanmasının qarşısını alır. Bundan sonra bitkilər üçün sabit istilik rejimi müəyyənləşdirilir.
Parniklərdə temperaturu və rütubəti nizamlamaqdan ötrü çərçivələrin bir tərəfini qaldırıb havanı dəyişirlər. Temperatur az olduqda çərçivələr üstdən həsirlə də örtülür, aydın günlərdə isə üstündən tozu yuyulur. Istixanalarda isə nəfəsliklər və qapılar örtülür, qazan şöbəsində verilən yanacaq norması artırılır.
Torpaqda rütubət çatışmadıqda cücərtilər böyüdükcə yenə əvvəlki su normasını 1,5-2 dəfə artıraraq onları suvarırlar. Şitillikdə olan süni torpağın miqdarı az olduğundan bitkiləri 2-3 həftə təmin edə bilir. Hər 1 m2 şitillikdə bitkilərin çəkisi 2-4 kq-a, hər hektarda isə 20-40 tona çatır.
Bunun üçün hər 10-12 l suya 3-5 q ammonium-nitrat, 5-10 q şorbaerfosfat töküb qarışdırdıqdan sonra 1,5-2 m2 sahəyə çiləmək lazımdır. Ikinci gübrələmə birincidən 10-15 gün sonra dozası 2 dəfə artırılaraq aparılır. Hər dəfə gübrəli məhlulu çilədikdən sonra hər 1 m2 sahəyə 5 l təmiz su çiləyib yarpaqları yumaq lazımdır.
Bitkilərin çıxarılması elə aparılır ki, yerdə qalan cücərtllər şitilə verilən normal qida sahəsinə malik olsun. Hər iki halda çıxarılan cücərtilər yeni şitilliyə normal qida sahəsi ilə əkilib suvarılır.
2. 9. Şitillərin yetişdirilməsində geniş yayılmış xəstəlik və zərərvericilər, onlara qarşı mübarizə tədbirləri
Cücərtilərin, habelə şitillərin xəstəlik və zərərvericilərinə qarşı mübarizə vacibdir. Şitillərin ən çox sirayətləndiyi (yoluxduğu) xəstəlik qara ayaq xəstəliyi, ən çox zərər vuran zərərverici isə danadişidir.
Qara ayaq - Ağbaş və gül kələm, şalğam, kolrabi, turp və bir sıra başqa bitkilər yoluxurlar. Bu xəstəliyə şitillərin çürüməsi də deyilir
(Şəkil2.33.). Xəstəlik cücərtilərin tam formadavam edir. Lakin nisbətən tarla şəraitində olan bitkiləri, sirayətlənir. Yoluxmuş bitkinin boğazından nazilir və qaralır. düşür və soluxurlar. Sonra kök Sirayətlənmiş bitkilərin kök edir, ikinci və üçüncü sıra şitil torpaqdan asanlıqla xəstəliyin böyük mənbələri
Qara ayaq və ya xəstəliyini bir sıra göbələklər
şitillikdə başlayıb laşmasına qədər şimal rayon-larda xüsusilə gül kələmi gövdəciyi kök Bitkilər əyilirlər, boğazı çürüyür. sistemi zəif inkişaf köklər məhv olurlar, çıxarılır. Parnikdə yaranır.
şitillərin çürüməsi törədirlər.