Şitillər, xüsusilə kök sistemi çox zərif olduğundan əkin üçün çıxarılarkən köklərin 60-80 %-i qırılıb qalır. Ona görə əkindən sonra şitillərin böyuməsi bir neçə gün ləngiyir, zəif bitki əmələ gəlir. Şitilin kökünü mühafizə etmək üçün elə etmək lazımdır ki, o çıxarılıb əkilərkən onun kökündə iri torpaq topası olsun.
Bunun üçün əkinə 10-15 gün qalmış şitillikdə cərgə və bitki aralarının torpaq qatını birbirinə perpendikulyar istiqamətində bıçaqla kəsirlər. Bu halda uzağa gedən yan köklər kəsilir və əkinə qədər onların yerinə çoxlu xırda yan köklər törəyir. Buda şitil çıxarılarkən köklərində ipi torpaq topası qalmasına səbəb olur və bitki soluxmur və daha tez bitir. Belə əkində də köklərin 60 %-dən çoxu qırılır və bəzən əkinə qədər köklərdən torpaq tökülür.
Şitillərin köklərinin qırılmasının və torpağının tökulməsinin qarşısını almaq üçün şitilləri torf-çürüntü, torpaq-çürüntü tərkibli qidalı dibçək və kublarda becərirlər. Bu həm cavan bitkilərin qida ilə yaxşı təmin olunmasına, həm də köklərin qırılmadan əkilməsinə imkan yaradır.
Azərbaycanda şitillərin kub və dibçəklərdə becərmək üçün onların hazırlanmasına əsas qidalı material kimi peyin çürüntüsü və dənəvər çim torpağından, hava rejimini yaxşılaşdırmaq məqsədilə ağac kəpəyindən, yapışqanlılıqdan ötrü təzə mal peyinindən (azmiqdarda) istifadə etmək məsləhət görülür. Bunün üçün götürülən ümumi materialın 25% -i çimtorpağı, 60%-i parnikdən çıxan peyin çürüntüsü, 10% ağackəpəyi, 5% təzə mal peyini olmalıdır.
Əvvəlcə materiallar gözlərinin diametri 0,5-1 sm olan şadaradan (ələkdən) keçirilir, diqqətlə qarışdırılır, 70-80% rütubət əmələ gələnə qədər su əlavə olunub yenə 2-3 dəfə diqqətlə qarışdırılır. Sonra isə parnikə, şitillik istixanasına və ya pərdə örtüyu altına keçirilib bərabər surətdə yayılır.
Materialın qalınlığı kəsiləcək kubun hündürlüyü qədər (5-7 sm) olmalıdır. Daha sonar mətbəx bıçağı ilə eninə və uzununa 5-7 sm-dənbirkəsilir. Beləliklə, ölçüləri 5x5x5 sm, 7x7x7 sm və s. olan kublar alınır. Bunlar şitilin yaşına uyğun olaraq istifadə olunur (50, 60, 70 günlük şitil üçün).
Son illər şitillərin polimer materiallardan hazırlanmış xırda gözlü (16-30 sm2) kassetlərdə (bloklarda) sənaye üsulunda istehsalı geniş tətbiq olunmağa başlamışdır: substratın hazırlanması, kassetlərə doldurulması, səpin, kassetlərin ştabelə düzülməsi, yerdə yerləşdirilməsi, nəqliyyata yüklənməsi və istixana daxilində daşınması mexanikləşdirilmişdir ( Şəkil 2.32.).