- | Bitkiləri qısa vegetasiyalı rayonlarda bir çox uzun vegetasiyalı bitkiləri becərməyə imkan yaranır. Bunlar isə əhalinin uzun müddət təzə tərəvəzlə təmin edilməsinə səbəb olur. |
- | Əkin üçün şitilin hazırlanma müddəti orta hesabla 1-2 ay çəkir. Bu müddətdə hər hektar sahədə bitkilərə edilən qulluq işləri (suvarma, alaqlarla mübarizə, torpağı yumşaltma və s.) şitillik sahəsində təqribən 150 m2-də aparılır. |
Şitil üsulu ilə əkin zamanı seyrəltmə həyata keçirilmir. Çünki şitillər sayla və lazım olan məsafələrə əkilir.
Şitil üsulunun bir sıra nöqsanları da vardır:
✓ | Şitil üsulunu tətbiq etmək üçün çox baha başa gələn örtülu torpaq sahələri- istixanalar, parniklər, pərdə örtükləri lazımdır, |
✓ | Onların isidilməsinə bioloji və ya texniki yanacaq tələb olunur. Ona görə şitillər baha başa gəlir. |
✓ | Şitilin becərilməsi və əkilməsi prosesləri ağır işdir, xüsusilə şitillərin qidalı dibçək və kublarda becərilməsi daha çətindir. Həmin kub və dibçəkləri tətbiq etmədikdə isə şitillər çıxarılarkən onların kökünün çox hissəsi qırılıb yerdə qalır. Belə şitillər əkildikdə çətin bitir və bitki ləng inkişaf edir. |
✓ | Nəhayət şitil üsulünda bitkilər zərif olur, xarici şəraitə davamlılığı azalır, kök sistemi nisbətən dərinə az işləyir və quraqlığa davamlılığı azalır. |
✓ | Şitil toxuma nisbətən çox zərif olur, daşınanda və əkiləndə sınır, qismən bitmir, odur ki, əkindən sonra sahədə 3-5% təmir tələb olunur. |
Şitil üsulunun tətbiqi aşağıda göstərilən məsələlərlə əlaqədardır:
✓ | Şitilin yaşı və qida sahəsi, |
✓ | Pikirovka, onun açıq sahəyə köçürülmə əməliyyatı, |
✓ | Köklərin qırılmaqdan qorunması və bu məqsədlə şitillərin qidalı kublarda və dibçəklərdə becərilməsi, |
✓ | Cücərtilərin və şitillərin lazımi istiqamətə düzgün uyğunlaşdırılması və möhkəmləndirilməsi, |
✓ | Qulluq işləri, əkinə hazırlıq və maşınla əkilməsi. |
Ş i t i l i n y a ş ı dedikdə toxumun cücərməsindən şitilin əkilməsinə qədərki inkişaf dövrü başa düşülür (Şəkil 2.24.). Təsərrüfatda şitillik şəraiti aşağı səviyyədə olarsa, xüsusilə temperatur və işıq normal deyilsə şitilin yaşı 10-15 gün artıq planlaşdırılır və toxum şitnlliyə adi vaxtdakından
10-15 gün tez səpilir. Şitilin yaşının çox və ya az olması bitkinin sonrakı böyümə və inkişafına, məhsulun tez və ya gec yetişməsinə, məhsuldarlığa xeyli təsir göstərir. Bu da onların tez bitməsinə imkan yaradır.
Lakin bu vaxt şitilin inkişafı zəif olduğundan bitki ləng böyüyür və məhsulu gec yetişir. Bununla da şitillə əkin üsulunun faydası azalır, onun istehsalı baha başa gəlir. Əksinə, şitilin yaşı çox olduqda onun kökləri ətrafa yayılır ki, bu da əkin zamanı köklərin xeyli hissəsinin qırılmasına səbəb olur.