Hektarda lazım olan çücərti, şitil və ya bitki sayını müəyyənləşdirmək üçün bir bitkinin qida sahəsini tapmaq lazımdır.
Təsərrüfat yararlığı əvvəlcə şərti olaraq 100% qəbul edilir, ilkin norma tapılır, sonra isə faktiki təsərrüfat yararlığına görə tərs mütənasiblik əsasında artırılır.
Kələm toxumunun hektara səpin normasını hesablayaq:
➤ | Bir hektarda- 40762 bitki (70 x 30 sm əkin sxemində) olmalıdır. |
➤ | 1q-da- 350 toxum vardır |
➤ | 3.Təsərrüfat yararlığı 87,3% (I sinif üzrə). |
Toxumun 100% təsərrüfat yararlığı olsaydı, səpin norması belə tapıla bilərdi:
40762:350 = 116,5 q
Təsərrüfat yararlığı 87,3% olduğu üçün belə tənasüb qurulur:
100% təsərrüfat yararlığı olduqda 116,5 q
87,3% təsərrüfat yararlığı olduqda “x” q
Səpin vaxtı, səpinin məqsədi, səpin (əkin) sxemi, torpağın münbitliyi, xəstəlik və zərərvecilərin yayılma dərəcəsi və s. nəzərə alınaraq tapdığımız ilkin norma 15...30%-dək artırılır. Belə ki, 133,5 q səpin norması 30% artırılırsa, 133,5+40,0 q=173,5 q alınar. Müəyyən səbəbdən bitkilərin bir hissəsi məhv ola bIlər, ona görə qismən yenidən səpin təşkil olunur, şitillə artırılan bitkilərdə bundan başqa əkilən şitillərin 5...7%-ə qədəri bitməyə bilər. Ona görə əkin təmir olunur. 173,5 q səpin norması 20% artırıldıqda 173,5+34,7 = 208,2 q səpin norması müəyyən olunmuş olur.
Konkret olaraq bunları düsturla ifadə etsək :
burada: H-hektara səpin norması (kq);
N-hektara bitkilərin sayı;
C-sığorta fondu (0,1. 2 N);
T-oxumun təsərrüfat yararlığıdır (%);
A-1 kq-da toxumun sayı;
Cədvəl 2.4.
Tərəvəz bitkilərinin 1-ci sinif toxumları üçün açıq sahədə nümunəvi səpin normaları