Cədvəl 2.3.-də çox istifadə olunan ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas və təkrar səpinlərinin vaxtları göstərilmişdir. Göstərilən səpin vaxtlarında şitillə, əksər çoxillik bitkilər vegetativ əkin materialı ilə əkilir, qalan əksər bitkilərin toxumu səpilir.
Reyhan istiyə tələbkar olduğu üçün lobya ilə bir vaxtda aprelin 10-20-də səpilir. Daha faraş məhsul almaq üçün aprelin 15-20-dən hazır şitil əkilir. Əkilərkən şitillər 3-4 yarpaq fazasında 8-10 sm hündürlükdə olmalıdır. Belə şitil almaq üçün toxumlar martın əvvəlində polietilen örtüklə rə və yaz istixanalarına səpilir.
Şüyüdün iki istiqamətdə becərildiyini nəzərə alaraq səpin vaxtı müəyyənləşir. Belə ki, səbzə şüyüd erkən yazda və payızda səpin vaxtlarda 3-4 dəfə səpilir və özəkləməmiş yığılır dəstə bağlanır. Texniki şüyüd almaq üçün isə erkən yazda bir dəfə (110. III) səpilir və kütləvi çiçəkləmədən sonra, toxumlar süd-mum yetişkənliyinə çatdıqda birdəfəlik biçilir (Şəkil 3.4).
Qış qabağı və qış səpinlərinin böyük əhəmiyyəti vardır. Bu səpinlərdə toxumlar şişir və yaza qədər torpaqda qalıb erkən yazda cücərir. Yazda cücərtilər alaqlardan əvvəl, yaxud onlarla
eyni vaxtda çıxır, soyuğa davamlı olur. Bitkilər təbii rütubət hesabına yazın sərin havasında sürətlə böyüyür və tez yetişir. Bu dövrdə torpağın hazırlanması, səpin əkin üçün lazımi qədər işçi qüvvəsi və texnikanın ayrılması, habelə sudan bol istifadə edilməsi mümkün olur, alaqlarla mübarizə asanlaşır. Bütün bunlar məhsulun maya dəyərinin aşağı düşməsinə imkan yaradır. Çox alaqlı sahələrdə bunu etmək olmur.
Səpinin dərinliyi. Toxumların səpin dərinliyinin müəyyən olunmasında torpağın mexaniki tərkibi, toxumun iriliyi və zonanın iqlim şəraiti əsas götürülür. Ağır gillicəli torpaqlarda toxumlar nisbətən dayaz, yüngül-qumsal torpaqlarda isə dərin, iri toxum dərin, xırda toxum dayaz, qızmar günəşli və küləkli zonalarda (Abşeron yarımadası) dərin, mülayim iqlimi olan zonalarda dayaz səpilir (Şəkil 2.22.).
Şəkil 2.22. Toxumların səpilmə dərinliyi
Tərəvəzçilikdə iki səpin üsulundan istifadə edilir: