Əsas səpiləcək toxuma göstərici bitkilərin toxumunun qarışdırılması - Burada bir çox gec cücərən: soğan, kök, cəfəri bitkilərinin toxumlarına onun ümumi miqdarının 1-3%-i qədər tez cücərən toxumlar: turpca, acıtərə, kahı və s. qatılır ki, onlar 2-5 günə cücərib əsas səpinin cərgələrini göstərir. Bu da əkin sahəsində qulluq işlərini vaxtında başlamağa imkan verir. Səpiləcək əsas toxuma az miqdar qatılan toxum “Mayak” bitkilər əmələ gətirir ( Şəkil 2.21.). Sonra isə “Mayak” bitkilər sahədən yığılır. Əgər yığılmasa onlar alaq kimi əsas bitkini məhv edə bilər.
2.3. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının səpin üsulları və texnikası |
Səpini həyata keçirmək üçün optimal səpin vaxtını, onun üsullarını (əllə və maşınla), səpin sxemlərini, toxumun torpağa basdırılma dərinliyini, nəhayət, iş texnikasını bilmək lazımdır.
Səpin vaxtı. Səpin vaxtının düzgün təyin edilməsi böyük əhəmiyyətə malikdir.
✓ | İlboyu və istənilən vaxtda məhsul götürmə, |
✓ | yağmurlardan istifadə edilmə, |
✓ | alaqlara qarşı mübarizəni asanlaşdırma, |
✓ | bitkilərə lazımi temperatur, işıq, rütubət rejiminin verilməsi üçün əlverişli şərait yaradılma bilavasitə səpin-əkin vaxtları ilə əlaqədardır. |
Səpin vaxtı, bir çox şərtlərlə yanaşı, əsasən bitkinin növündən, bölgənin torpaq-iqlim şəraitindən və məhsulun alınma müddətindən asılıdır. Bəzi bitkilərin toxumunu ildə 2-3 və daha çox dəfə səpərək il boyu tərəvəz almaq mümkündür. Aran rayonlarında müxtəlif tərəvəz bitkilərinin dörd əsas səpin (əkin) vaxtı vardır (cədvəl 2.3).
Cədvəl 2.3
Ədviyyat, bitki çayları və dərman bitkilərinin respublikamızda səpin-əkin vaxtları