Ona görə də hər yerdə qanunun tələblərinə müvafiq olaraq bütün tərəvəz bitkilərinin toxumunun dərmanlanmasının aparılması zəruridir. Ancaq bu yolla ən təhlükəli xəstəliklərdən qurtarmaq olar. Toxumların qabığı cavan yarpaqlara nisbətən sərt olduğuna görə bitkilərə qarşı tətbiqi qorxulu olan fungisidləri ehtiyat etmədən toxumların dərmanlanmasında istifadə etmək olar.
Vaxtında dərmanlanmış toxumlar torpağa səpilərkən xəstəlik və zərərvericilərin ilkin mərhələdə toxuma zərər vurmasının, beləliklə də ilkin cücərtilərin xəstəliklərdən xilas olmasını təmin edir. Bu tədbir vegetasiyanın sonrakı mərhələlərində xəstəliklərə qarşı mübarizə tədbirlərinin sayının azalmasına və iqtisadi səmərəliliyə gətirib çıxarır. Toxumların dərmanlanması vaxtının düzgün seçilməsi əhəmiyyətli şərtdir. Məhsul sahədən yığılıb çeşidləndikdən və təmizləndikdən sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilində olan xəstəlik törədiciləri geniş inkişaf etməmiş məhv edilir.
Son dövrdə Azərbaycanda istifadə edilən aşağıdakı preparatlar qeydiyyatdan keçmiş və geniş istifadə edilir: Divident 0,36 FS (Novartis, Şvesiya), Conil DS (Safa-Tarım, Türkiyə), Vitavaks 75% (Yuniroyal, ABŞ), Monseren WS 70 (Bayer Kropsaynes, Almaniya), Qauço M WS 585 (Bayer Kropsaynes, Almaniya), Raksil FS 060 (Bayer Kropsaynes, Almaniya).
Toxumların mikroelementlərin məhlulunda isladılması - Mikroelementlərin və ya bioloji aktiv maddələrin məhlulunda toxumlann isladılması onların cücərməsinin sürətləndirir (Şəkil 2.18.).
İsladılmanın zəruriliyi (vacibliyi) və məhlulun tərkibi bitkinin becərildiyi torpağın tipindən və onun tələbatından asılıdır. Belə ki, bor gübrələri daha çox çuğundur, yerkökü, turp, baş kələm, molibden - kahı, yerkökü, mis - soğan, yerkökü və çuğundur bitkilərinə daha çox təsir edir.
Toxumun termiki dezin-feksiyası- Kökün alternarioz, kələmin bakterioz xəstəliyini törədən göbələk sporlarını məhv etmək üçün onların quru toxumları3-3,5 saat 53- 55°C temperaturda qızdırılır. Çuğundur, kök və kələmin fomoz xəstəliyinə qarşı toxumlar 30 dəqiqə 40-45°C istiliyi olan suda saxlanılır, yaxud 78-80°C- də 1 sutka qızdırılır.
Toxumun dənəvərləşdirilməsi- Tərəvəz bitkilərinin əksəriyyətinin toxumu yüngül, xırda və ya səthi hamar və forması düzgün olmadığından onların səpin maşınları ilə səpilməsi çətinliklər törədir. Belə toxumları yumrulaşdırmaq yolu ilə eyni şəklə salmaq və bununla da onların səpinini asanlaşdırmaq
mümkündür. Toxumun dənəvərləşdirilməsi onun üzvi materiallarla yumrulaşdırılmasından ibarətdir ki, bu, toxuma yumru forma verir, ölçüsünü bir neçə dəfə böyüdür, səpilməsini asanlaşdırır.
Tərəvəz toxumu səpən maşınlar bütün bitkilərin dənəvərləşdirilmiş toxumunu bərabər səpir, seyrəltməyə ehtiyac qalmır. Bu əməliyyatdan sonra toxumun üzərində qoruyucu təbəqə əmələ gəlir. O, isə toxumu əlverişsiz xarici şəraitdən qoruyur, səpinin 5-10 gün tez başlanmasına səbəb olur.