Əgər toxumlar qumda 200C-də yetişdirilirsə, suyun miqdarı onların yetişdirmə müddətində kifayət edir. Lakin, yüksək temperaturda yetişdirdikdə toxumları yenidən sulamaq lazım gəlir.
Toxumun təmizlənməsi və iriliyinə görə seçilməsi. Toxumun səpinə ilk hazırlıq işi onun təmizlənməsi və ölçüsünə görə seçilməsi-xəlbirləmədir (Şəkil 2.15.).
Toxumlar təmiz olmadıqda onun təsərrüfat yararlılığı aşağı olur. Buna görə də səpin normasını düzgün müəyyən etmək olmur. Odur ki, toxumları narın torpaq və yüngül qarışıqlardan təmizləmək lazımdır. Toxumu bəzən hissə- hissə ələmək və küləyə verməklə təmizləmək mümkündür. Toxumların iriliyinə görə seçilməsi böyük əhəmiyyətə malikdir. Hətta eyni sortun toxumları çox müxtəlif irilikdə olur.
Xırda, içi boş, yüngül toxumlar pis cücərir, zənf cücərti əmələ gətirir və az məhsuldar olur. Iri toxumları həm daha dərinə, həm də torpağın rütubətli yerinə səpmək mümkündür. Belə toxumların əmələ gətirdiyi cücərtilər də iri olur.
Toxumları ələkdən keçirərək aşağı çıxan 15-25% xırda toxum çıxdaş edilməlidir. Ələyin diametri kələm toxumlarını ələmək üçün 1,2-1,5 mm, turpunkuna görə 2 mm, kökünkündən ötrü 1 mm olmalıdır.
Bir çox hallarda iri toxumlar da boş və yüngül olur. Belə toxumlar yüksək məhsul vermir. Ona görə toxumu ağırlığına görə seçmək vacibdir . Kiçik təsərrüfatlarda çuğundur, kök, soğan toxumlarını səpindən əvvəl suya töküb müəyyən müddət gözləyirlər, qabın dibinə çökən ağır toxumları ayırıb səpirlər (Şəkil 2.16). Turp toxumlarının hamısı suya batır və seçilmir. Odur ki, onları 2%-li ammonium-nitrat məhluluna töküb seçmək və tez yumaq lazımdır.
Toxumların dərmanlanması - Toxumların səthində (qabığında) olan xəstəlik törədən mikroorqanizmlər bitki xəstəlik-lərinə gətirib çıxarır. Yolux-muş toxumlar bitkilərin xəstə-liklərinin bir yerdən başqa yerə yayılmasının əsas yol-larından biridir. Belə ki, toxumla kələmin fomoz və bakterioz, yerkökünün bak-terioz xəstəliyi yayılır. Ona görə də zərəri azaltmaq üçün toxumların dərmalanması üsulu tövsiyə edilir (Şəkil 2.17.).
Toxumların dərmanlanması iki məqsədlə - toxumlar üzərində olan göbələkləri məhv etmək, ya da toxum səpiləndən sonra onların torpaqda olan göbələklərlə yoluxmasının qarşısını almaq üçün aparılır. Toxumların dərmanlanması onların cücərmə qabiliyyətinin yüksəldilməsinə səbəb olur. Nəticədə bitkilər az xəstələnməklə məhsuldarlıq yüksəlir.