Toxumların cücərməsinə işıq (qaranlıq) müxtəlif cür təsir edir. Ona görə də işığa münasibətinə görə 3 qrup müəyyən edilir:
❖ | işıqda cücərən toxumlar- kahı, kərəviz |
❖ | qaranlıqda cücərənlər (işıqda tormozlananlar)- cəfəri |
❖ | işığa və qaranlığa eyni münasibət göstərənlər-digər ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları |
Laboratoriya şəraitində müxtəlif toxumlar müxtəlif materiallar üzərində cücərdilir ki, bu materiallar dövlət standartında göstərilir. Əksər toxumlar su çəkən kagız və ya tənzif üzərində, su hamamında, habelə, üzərinə həmin kağız sərilmiş qumda cücərdilir (Şəkil 2.12.).
İri toxumları qumda cücərdirlər. Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının əksəriyyəti qaranlıqda cücərir (Cədvəl 2.2.).
Cədvəl 2.2.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının sınaq şəraiti
Şərti işarələr: K-su çəkən kağız; Q- Qum; Q-K- Qum, üzəri su çəkən kağızı ilə örtülmüşdir
Toxumları xüsusi olaraq nəmləndirilmiş, qidalandırıcı mühitdə süzgəc kağız üzərində və yaxud kvarslı qumda (hissəciklərinin ölçüləri 2 mm-dən artıq olmamaq şərtilə) yetişdirilir. Kağız tam rütubət nəmləndirilir, bunun üçün o su ilə dolu kasaya salınır sonra çıxarıb, kağızda olan artıq su tam süzülənə kimi saxlanılır (Şəkil 2.13.).
Qumu istifadə etməmişdən qabaq palçıq hissəscikləri və tullantıları kənarlaşdırmaq üçün yuyulur, sonra isə qurudub ələkdən keçirilir. Qumun tam rütubət tutumunun 60-80%-inə qədər, nəmləndirilir. Nəmlik çatışmadıqda toxumların şişməsi və cücərməsi zəifləyir. Suyun çox olması isə havanın normal daxil olmasına mane olur. Bu da cücərməni zəiflədir və toxumların çürüməsinə səbəb olur.