Toxumların quruluşu, forması, iriliyi, səthinin xarakteri toxum kütləsinin məsaməliliyini müəyyən edir. Xırda və hamar səthli toxumları kisələrdə və ya topa tökməklə saxlayırlar. Toxum kütləsinin yığılması sıxlığı saxlama zamanı köməkçi tədbirləri, xüsusilə toxum kütləsində qaz mübadiləsini yaxşılaşdıra və ya çətinləşdirə bilər. Toxum saxlanarkən “toxum-hava” sistemini diqqətdə saxlamaq çox vacibdir.
Quru, daha boş (məsaməli) yığılan toxum kisələri daha çoxcərgəli yığıla bilər. Amma nəzərə almaq lazımdır ki, vaxt keçdikcə məsamələrin azalması nəticəsində həm kisələr, həm də toxum dənələri arasındakı qaz mübadiləsi zəiflədiyindən, kisələrin təkrarən yenidən yığılması, tökülmüş topa toxumların çevrilərək qarışdırılması və s. kimi tədbirlərə əl atılmalıdır (Şəkil 2.8.).
Tərkibində olan ehtiyat qida maddələrin tərkibinə görə toxumlar nişastalı, zülalı, yağlı, nişastalı-zülalı qruplarına bölünürlər. Nişastalı toxumlar daha uzunömürlü olub, zülallı və yağlı toxumlara nisbətən saxlama şəraitinə az həssasdırlar. Bu bölgü də kifayət deyildir, belə ki, bəzi toxumlarında yüksək yağlı tərkib olmasına baxmayaraq, səpin keyfiyyətini hətta yaxşı hesab olunan şəraitdə də itirirlər.
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkiləri toxumlarının müxtəlif saxlanma şəraitində kütləsini dəyişməsi üzərində aparılan çoxlu müşahidələrin təhlili aşağıdakı nəticələri çıxarmağa imkan vermişdir:
• Toxumun kütləsinin ən çox azalması birinci saxlama ilində müşahidə olunur. Həddən artıq quruma ilkin nəmliyi yüksək olan toxumlarda daha çox olur.
• İkinci il saxlama ərzində kütlənin dəyişməməsi və ya az dəyişməsi müşahidə edilir və bu ancaq saxlama şəraitindən asılıdır.
• Mikroiqlimi təbii dəyişən anbarlarda ikinci il saxlanan toxumların nəmliyi hər bir bitki növünün toxumu üçün standart nəmlik kimi saxlama üçün qəbul edilməlidir.
Toxumlar su udmaq qabiliyyətinə malikdirlər. Toxumlarda olan yüksək nəmlik tənəffüs intensivliyini yüksəldir ki, bu da toxumların saxlanması zamanı xarab olmasının əsas səbəblərindən biridir. Nəmlik 6,2% olanda toxumların tənəffüs intensivliyi nisbətən aşağı olur. Təcrübələr zamanı müəyyən olunmuşdur ki, nəmliyin yüksəlməsi ilə tənəffüs intensivliyi 10-15 dəfəyə qədər yüksəlir. Belə ki, toxumların 8.6% nəmliyində tənəffüs intensivliyi 6% nəmliyə nisbətən 15 dəfə yüksək olur, 11.3% nəmlikdə isə tənəffüs intensivliyi 15 və 8 dəfə yüksəlir. Toxumları saxlamaya qoyarkən onların kondisiya nəmliyinə riayət olunmalıdır: cəfəri, şüyüd, razyana, keşniş, tərxun olmalıdırlar. Toxumlar göstərilən və ya ondan aşağı nəmlikdə saxlanmaya qoyulur.