Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının morfoloji xüsusiyyətlərinə (iriliyi, forması, rəngi, və səthinin səciyyəvi xüsusi xarakterik əlamətlərinə) görə çox müxtəlifdir. Onların müəyyən qismini bir-birindən asanlıqla fərqləndirmək mümkün olduğu halda bəzi fəsilələrə daxil olan bitkilərin toxumlarını morfoloji nişanələrinə görə çətin seçmək olur, bəzən heç fərqləndirmək mümkün olmur. Bunun səbəbi həmin bitkilərin toxumunun qida əhəmiyyəti kəsb etməməsi və tarix boyu toxuma görə seçilməməsidir. Ona görə belə toxumları təyin etmək çətindir və bunun üçün müxtəlif üsullardan istifadə edirlər.
Anatomik üsul toxum qabığının müxtəlif quruluşuna əsaslanır.
Kımyəvi yolla toxumları təyin etmək üçün onları 2 saat müddətində 10%-li Natrium-yodid (NaJ) və ya (NaOH) məhlulunda (məhlulun hər növ toxumda müəyyən rəng yaratması məqsədi ilə) saxlayırlar.
Məsələn: müxtəlif növ toxumları morfoloji-analitik, anatomik və kimyəvi üsulla təyin edirlər.
Toxumun ölçüləri yaxud iriliyi. Toxumun ölçüləri (eni, uzunu, qalınlığı) onun əsas əlamətlərindəndir. Belə ki, bu əlamətlərin köməyi ilə toxumu təmizləmək və sortlaşdırmaq mümkündür.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarını ölçüsünə görə aşağıdakı qruplara bölmüşlər:
1. Cox xırda toxumlar - 2 mm-dək;
2. Xırda toxumla - 2-5 mm;
3. Orta toxumlar - 5-8mm;
4. İri toxumlar - 8 mm-dən artıq.
Toxumun ölçüsünü təyin etmək üçün millimetrlik ölçüləri olan kağız və ya xətkeşdən istifadə edərək 5-10 ədəd toxumun en və uzunluğunu ölçülür və orta hesabla toxumun ölçüsünü tapılır (Şəkil 2.5.).
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları həmçinin 1 qramda olan toxumun sayına (iriliyinə) görə də bir neçə qrupa bölünür: