Sxem 2.1.
Səpinə (təsərrüfata) yararlılıq toxumun səpin keyfiyyətlərindən asılı olub aşağıdakı düsturla təyin olunur:
burada:
a - toxumun təmizliyi (%);
b - toxumun laboratoriyada cücərmə qabiliyyətidir (%).
Tutaq ki, toxumun təmizliyi 97%, cücərmə qabliyyəti isə 90%-dir. Bu toxumun təsarrüfat yararlığı həmin rəqəmlərin heç biri qədər deyil, hətta 90%-dən az olacaqdır.
Səpin keyfiyyətinə görə hər bir növün toxumu 3 sinfə ayrılır: I sinif, II və III sinif toxumlar. I sinif toxumlar ən yüksək səpin keyfiyyətinə malik olurlar. Azərbaycan Respublikasının “Toxumçuluq haqqında qanunu” ilə müəyyən olunur. Hər sinfə aid olan toxumların təmizlik faizi və cücərmə qabiliyyətinin minimal həddi dövlət standartı ilə müəyyən olunur.
Tərəvəz bitkilərinin toxumlarına olan tələblər laboratoriyada hər hansı bitki toxumunun təsərrüfat yararlığının qiyməti müəyyən edildikdən sonra həmin qiymət dövlət standartında göstərilən I, II və III sinif toxumlarıüçün təyin edilmiş təsərrüfat yararlığının qiyməti ilə müqayisə edilərək, nümunənin təsərrüfata nə dərəcədə yararlı olduğu və ya toxumun hansı sinfə aid olduğu müəyyən edilir.
2.1.2. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının əsas morfoloji əlamətləri |
Toxumun morfoloji əlamətləri onun keyfiyyəti ilə sıx əlaqədardır. Bundan başqa, toxumun təmizliyini və sortlaşdırılmasını düzgün təyin etmək üçün də bunları bilmək lazımdır. Onu da qeyd edək ki, morfoloji əlamətlər becərilmə şəraitindən, yetişməsindən və s. asılı olaraq dəyişir.