Toxumun rütubətliyi onun tərkibində olan suyun faizlə miqdarıdır və qurutma yolu ilə müəyyən edilir. Qurutma yolu ilə toxumların nəmliyinin müəyyən edilməsi üsulu toxumun nəmliyindən və bitkinin növündən asılıdır.
Qurudulma üçün 20 qramlıq nümunə götürülür, torşəkilli bükslərə qoyulur və 1050 C temperaturda 30 dəq ərzində qurudulur. Sonra nümunələr soyudulur və çəkilir.
Cücərmə enerjisi - hər növ toxum üçün müəyyən edilmiş daha qısa vaxt ərzində (ilk günlərdə) cücərən toxumların faizlə ifadəsidir ki, bu, toxumun az və ya çox qida maddəsinə malik olmasını və eyni vaxtda yığcam cücərti əmələ gətirmək qabiliyyətini göstərir.
Tutaq ki, cücərmə qabiliyyəti 90% olan keşniş toxumunun iki nümunəsində cücərmənin gedişi aşağıdakı kimidir:
Bir neçə gündən sonra | 1 | 2 | 3 | 4 | 5 | 6 | 10 | |
I nümunədə cücərmişdir | - | 7 | 60 | 10 | 7 | 3 | 3 | =90% |
II nümunədə cücərmişdir | - | 3 | 35 | 20 | 20 | 15 | 3 | =90% |
Burada cücərmə enerjisi acıtərə toxumu üçün müəyyən edilmiş (standarta görə) ilk 3 gün ərzində cücərən toxumların faizindən ibarətdir.
Belə ki, I nümunədə cücərmə enerjisi 7%+60% = 67%; II nümunədə isə 3%+35% = 38% olacaqdır. Bu isə I nümunə toxumunun II nümunəyə nisbətən təsərrüfat üçün daha yararlı olmasını göstərir (halbuki, cücərmə qabiliyyəti hər iki nümunədə 90%-dir).
Cücərmə enerjisini təyin etmək üçün cücərmənin gedişi müşahidə ediləcək günlərin sayı müxtəlif tərəvəz toxumları üçün müxtəlifdir: keşniş, razyana üçün 3-gün; soğan, sarımsaq üçün-5 gün; cəfəri, kərəviz, şüyüd üçün-7 gün və s.
Cücərmə enerjisi hesablandıqda hər bir təkrara görə ayrıca normal çıxmış və çürümüş toxumlar hesablanır və kənarlaşdırılır. Cücərmənin hesablanmasında isə həm cücərmiş, həm də cücərməmiş toxumlar sayılır və aşağıdakı qruplara bölünür:
➢ | normal cücərmiş, |
➢ | qeyri normal cücərmiş, |
➢ | şişmiş və çürümüş. |
Normal cücərmiş - toxumlar cücərtiləri sağlam, kökcükləri zədələnməmiş, cücərtinin bütün strukturlarını qiymətləndirmək mümkün ola biləcəyi qədər inkişaf etmiş olmalıdırlar (Şəkil2.4.).
Cücərməmiş toxumlara - şişmiş, cücərmənin hesablama aparılma müddətində həcmi böyümüş lakin, sağlam görünüşü olan toxumlar aiddir.
Bərk toxumlar - şişməmiş və xarici görünüşü dəyişməmiş toxumlardır.
Çıxmamış toxumlar - çürümüş, toxumaları yumşaq və zədələnmiş və yaxud rüşeymləri qaralmış;
Qeyri-normal cücərmə - müxtəlif səbəblərdən olur. Onlardan ən çox yayılanı zədələnmədir. Xəstəliklərlə, xüsusən də kif göbələkləri ilə zədələnmiş toxumlarda cücərtilər buğumşəkilli görünüşdə olurlar, yarpaqlar bükülür.
Beləliklə, cücərtilərin çatışmazlıqlarına görə toxumların korlanmasının səbəblərini təyin etmək mümkündür.