Ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılması üsulları haqqında nəzəri və praktiki vərdişlərə yiyələnmək.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılması üsullarını digər bitki quruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir? Araşdırın.
2.1. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının əsas qurluş xüsusiyyətləri (aspektləri), formaları və onların praktiki istifadəsi |
Toxum bitkinin müstəqil çoxalma orqanıdır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin daxil olduğu örtülütoxumlu bitkilərdə toxum çiçəyin yumurtalığında yumurtacığın mayalanması nəticəsində əmələ gəlir. Yumurtalıqda bir yumurtacıq olarsa, ondan bir toxumlu meyvə, iki olarsa ikitoxumlu meyvə, çox olarsa, çoxtoxumlu meyvə əmələ gələr (Şəkil 2.1.).