|
- Cücərmənin gedişi hər növ üçün müəyyən
edilmiş günlər ərzində, hər gün yoxlayaraq faizə çevrin və xüsusi jurnalda qeyd edin.
- Axırıncı gün hesablanmış faizləri təkrarlar üzrə toplayın və həmin göstəricilər əsasında
orta cücərmə faizini müəyyən edin.
|
-
Toxumun ölçüsünün və iriliyinin müəyyən edilməsi
|
-
Toxumun ölçüsünü təyin etmək üçün millimetrlik ölçüləri olan kağız və ya xətkeşdən
istifadə edin.
- 5...10 ədəd toxumun en və uzunluğunu ölçün və
orta hesabla toxumun ölçüsünü tapın.
- 1 qramda toxumun sayını müəyyən etmək üçün
hər növ bitkinin toxumundan 1 q çəkib sayın.
- Toxumların iriliyini 1 qramda olan toxumların sayına uyğun olaraq (məlum cədvəldən
istifadə edərək) müəyyənləşdirin..
|
-
1000 ədəd toxumun kütləsinin təyini
|
-
Təmiz toxum nümunəsindən müəyyən miqdar toxum götürüb lövhənin üzərinə tökün və 4
bərabər hissəyə bölün.
- Hər hissədən seçmədən 100 ədəd toxum sayın
- Hər bir 100 ədəd toxumu dəqiq tərəzidə (elektron və ya analitik) çəkin və kütləsini
tapıb 4 nümunə üzrə aldığınız çəkiləri cəmləyin və 100 toxumun orta kütləsini tapın.
- 100 toxumun orta kütləsini 10-a vurmaqla 1000
ədəd toxumun kütləsini təyin edin.
|