Kakaodan çokolat, yəni «köpüklü acı su» hazırlanır Tozu isə "kayen" bibəri və vanilin ilə
qarışdırılaraqi «kakanate» adlı içki almır. Bundan başqa kakao tozu qargıdah toxumu, süd, bal və
aqavanın şirin şirəsi əlavə edılərək «Çar» adı ılə məşhur içki növü hazırlanır. Kaka
toxumlarından alınan yağdan kosmetika, əczaçılıq qənnadı və s. sahələrdə geniş istıfadə edilir.
Kakaonun qabıq hissəsindən hazırlanan teoromindən urək və beym damarlarının sıxılmasında,
əsəb sistemi pozğunluqlarında, ürək-vena damarlarını genişləndirılməsində istifadə olunur.
Bundan başq; təbabətdə toxumlarından «kakao yağı», «dərman şamil «dərman kürəciyi»,
«teobramin salisilat» və ya “diuretin” kimi vacıb dərman preparatları hazırlanır. Kakao
toxumlarından hazırlanan dərman şamlarından babasil xəstəliyinin müalicəsində istifadə olunur.
Diuretindən isə boyrək xəstəhklərinin müalicəsində iltihabı aradan qaldıran və sidikqovucu
təsirə malik dərman kimi geniş işlədilir.
1.2. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin satışa hazırlanması və satış kanalları |
Bazar iqtisadiyyatı şəraitində istehsal olunan məhsul, təsərrüfatdan alıcıya qədər uzun bir yol keçir. Belə ki, məhsul yığılır, qablaşdırılır, daşınır, anbarlara yığılır, satış kanallarında yerləşdirilir və nahayət, alıcılara təklif edilir.
Məhsul yığıldıqdan sonra müxtəlif ölçüdə və materialda taralara yığılır ki, bu da daşınmanı, saxlanmasını asanlaşdırır, özündə əmtəəlik məhsulun və ya firmanın keyfiyyət göstəriciləri haqqında informasiya daşıyır və məhsulu istehsal edən fermerə məhsulun satışını stimullaşdırmaq imkanı verir. Son zamanlar istehsal olunan məhsul daha nəfis şəkildə qablaşdırılır. Bu cür qablaşdırma günün tələbidir və əksər hallarda məhsulu bir başa satış kanallarına vermək üçün həyata keçirilir.
Qablaşdırılma zamanı sahibkar bir neçə məsələyə diqqət yetirməlidir.
❖ | Mal daşımanı həyata keçirən nəqliyyat vasitəsinin ölçüləri nəzərə alınmaqla qablaşdırılmalıdır. |
❖ | Qab malı hər növ zədələnmə və korroziyadan qorunmalıdır. |
❖ | Qab kran və ya başqa yükləyici ilə yükləməyə uyğunlaşdırılmalıdır. |
Markalaşdırma- istehsalçının əmtələrini eyniləşdirmək, bunları rəqiblərin əmtəə məhsulları ilə fərqləndirmək üçün lazımdır. Marka qabın üzərində yerləşdirilir və tərəflər arasında razılaşdırılmanı əks etdirir. Qabın üzərində yerləşdirilən məlumatlara aşağdakılar aidd edilir:
İstehsal olunan məhsul satış kanallarına iki çəkidə göndərilə bilər: Butto və netto