Eyni zamanda mixək əhval-ruhiyyəni yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aparır. Mixək soyuqdəymə ilə əlaqədər olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. Cinsi fəaliyyəti gücləndirir. Burun tutulması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalı hesab olunur. Mixəyi başqa ədviyyələrlə qarışdırıb toz və spirt cövhəri şəklində işlədirlər. Eyni zamanda, mixəkdən yeyinti sənayesində daha çox istifadə edilir.
1.1.17. Qəhvə
Hündürlüyü 3-6 metr olan həmişəyaşıl kol və ağacdır, mədəni halda becərilir. Bu bitki demək olar ki, dünyanın əksər ölkə və xalqları tərəfindən istifadə olunur. Qəhvə toxumlarında 2%-ə qədər kofein, 20%-ə qədər aşı maddə, 40%-ə qədər piyli yağ, 0,2% efir yağı, 9% şəkər, 9-12% su, üzvi turşular və digər vacib maddələr vardır.
O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan ücün daha faydalıdır. Lazımi miqdarda qəbul edildikdə orqanizmin qüvvəti və fəaliyyəti xeyli artır, fıziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhval-ruhiyyə və əmək gumrahlığı yaranır. Qəhvənin ən qüvvətli maddəsi onun tərkibində olan kofein ilə əlaqədardır. Ona görə əksər xalqlar ondan içki formasında istifadə edirlər. Qəhvə ölkəmizə xaricdən gətirilir.
Qəhvə toxumlarnın tərkibində bir sıra qiymətli maddələr var. Bunlarlan ən vacibi və
müalicəvi əhəmiyyətlisi kafein alkaloididir. Odur ki, qəhvə toxumları son dərəcə faydalu
orqanizmin möhkəmlənməsinə və sinir sisteminin tonusunun artmasına kömək edir. Bir çay
qaşığı qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır, zehni və fiziki qabiliyyəti yüksəlir,
əhval-ruhiyyəsi yaxşılaşır. Qəhvə əsəb sistemini sakitləşdirir, yuxusuzluğu, yorğunluğu aradan
qaldırır, beyinin iş fəaliyyətini yaxşılaşdırır, baş ağrısını azaldıb iş qabiliyyətini yüksəldir.
Qida məhsulu kimi hazırda çox geniş istifadə olunur və qəhvədən müxtəlif üsullarla qida
əhəmiyyətli içkilər hazırlanır.
1.1.18. Kakao
Bu ağac dünya ticarətində «Şokolad» ağacı da adlanır. Kakao ağacının ancaq toxumlarından istifadə olunur. Toxumlarının tərkibində 45-55 % əla keyfiyyətlt piyli yağ, 1-2% teobramin alkalaidi, 0,3% kofein vardır. Meyvələrinin tərkibində yağ, su, zülal, kraxmal, aşı maddəi, kafein, sellüloz, üzvü turşu, kalium və s. vardır.
Məişətdə və yeyinti sənayesində istifadə olunan kakao-narın, tutqun-bənövşəyi və ya tünd-qırmızı-qonur rəngdə, xoş ətirli iyə malik tozdur. O, kakao ağacının toxumlarından alınır. Kakao toxumları ən çox vevi sənvayesində istifadə olunur.