Şorabaya qoyulmuş xiyarın pomidorun tamını və keyfiyyətini yaxşılaşdırmaq üçün isti-fadə edilir. Cirə toxumundan ən çox ədviyyə kimi istifadə edilir. Döyülmüş tozundan müxtəlif piroq içi, peçeniyə, qoğal, keks, şəkərbura və s. şirniyyat növlərinin hazır edilməsində işlədilir.
1.1.13. Sumaq
Bu bitki Azərbaycanın bir çox rayonlarında yabanı halda, eləcə də mədəni şəkildə yayılmışdır. Sumaq hündürlüyü 1,5-3 metr olan kol bitkisidir. Meyvələrinin tərkibində 18-20 % aşı maddə, şəkər, üzvi turşular (alma, çaxır) C, K vitaminləri vardır. Yarpaqlarının tərkibində 12-33% tibbi aşı maddələr, 18,3% piyli yağ, 1,0% qətranlı maddələr. 6,03% üzvi turşular, 64,6 mq%
C vitamini və s. var. Sumağın yetişmiş meyvələrinin dəmləməsi, xüsusən meyvələrindən hazırlanmış duru ekstrakt qanda şəkərin miqdarını azaldır. Diabetin orta və ağır formalarında sumaq ekstarktı ilə insulin kombinasiyası müsbət təsir göstərir. Bu da müalicə zamanı insulindən az miqdarda istifadə olunmasına imkan verir. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib və dizenteriyaya qarşı işlədilir Meyvəsindən ədviyyə kimi ən qədim zamanlardan hazırkı dövrə qədər xörəklərin (piti, tikə kabab, lüləkabab, qutab və s.) tərkibinə qatqı kimi əlavə edilir. Meyvəsinin qabığı kəskin tamlı ədviyə kimi aşpazlıqda geniş istifadə edilir. Sumaqdan hazırlanan ədvaiyyat iştah artırıcı və həzmi yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.
1.1.14. Dəfnə
Bu bitkinin 2 növü vardır - nəcib və Kanar dəfnəsi. Nəcib dəfnə qədim mədəni bitkilərdən sayılır. Nəcib dəfnə yarpağının tərkibində 9,5% azotlu birləşmələr, 5,4% yağ, 3,1% efır yağı, 29% selluloza, 4,3% kül, 13,0% pentazin, 1,1% pektin maddəsi vardır. Meyvələrin tərkibində 25% piyli yağ, 0,8% efirli yağ vardır. Dəfnə ta qədimdən xalq tərəfındən müalicə vasitəsi kimi istifadə edilir. Meyvələrin yağından «Bobkov məlhəmi»
hazırlanır ki, bundan soyuqdəymədə, bərk öskürmədə, qıcolmada, dəri səpkilərində, yel və başqa xəstəliklərdə istifadə edilir. Bir çox dərman preparatları yarpaqların efır yağından hazırlanır. Meyvəsinin yağından tibbdə, sabun istehsalında etir yağından isə ətriyyat sənayesində istifadə olunur. Dəfnə ağacının buraxdığı fitonsidlər 15 dəqiqə ərzində ətrafdakı zərərli bakteriyaları məhv edir. Dəfnə bitkisi olaıı yerdə milçək, ağcaqanad, mozalan və s. həşaratlar az olur.