Meyvələrinin tərkibində 3-8 % efır yağı, 25 % zül maddəsi, 18-20 % piyəbənzər yağ, aşı maddəsi, flavanoidlər, piqment, qətran və s. vardır. Təbabətdə zirədən bir sıra dərmanların tərkibində ətirli tamlı maddə kimi xronik mədəbağırsaq xəstəliklərində mədənin işini yaxşılaşdıran və köpmənin qarşısın alan vasitə kimi geniş istifadə olunur. Xalq tababətində mədə-bağırsaq xəstəliyi zamam zirəni çay kimi dəmləyib içirlər. Bundan əlavə toxumlarından hazırlanan cövhərindən toxuma - əzələ zəifliyində, daxili hormon ifraz edən vəzilərin fəaliyyətinin nizama salınmasında, həzmetmədə, anaların südünün artırılmasında və s istifadə edilir. Zirənin toxumları qıymətli ədviyyəli xüsusiyyətlərinə malik olduğundan ondan çörək-bulka qənnadı, ətriyyat, kosmetika, əczaçılıq və sabunbişirmə sənayesində geniş istifadə olunur. Meyvələrindən qənnadı çörək və digər yeyinti məhsullarının
tərkibində ətirli madd kimi istifadə edilir. Toxumundan hazırlanan tozundan ət, balıq və tərəvəz məhsullarından hazırlanan xörəklərə xoş ətir və keyfiyyətli tam vermk üçün qatqı kimi istifadə edilir Toxumundan müxtəlif sərinləşdiricilərin, likor - ara növlərinin hazırlanmasında istifadə edilməklə yanaşı tütünçülükdə də ətirləyici kimi işlədilir. Bu qiymətli ədviyyət bitkisindən iaşədə istifadə etməklə konserv sənaye-sində də, xüsusilə meyvətərəvəzlərin emalı zamanı daha geniş istifadə edilir.
1.1.12. Cirə
Azərbaycanda 10 növü vardır ki, onunda ən geniş yayılanı adi cirədir (Pipinella anisum L.). Quru meyvəsinin tərkibındə 2-6 % efir yağı vardır. Bundan əlavə 18-22 % piyli yağ, 18 % zülal, 35 % şəkər, furfumurol, kafeyin, kioregen turşuları və s. maddələr var. Təbabətdə efir yağından bronxit və öskürəkdə bəlğəmgətirici vasitə kimi boğaz vəzilərinin soyuqdəyməsində, səsin kallaşmasında, zəif görmədə və həzmin yaxşılaşmasında işlədilir.
Xalq təbabətində cirə meyvəsi astmanın qarşısını alan, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini müalicə edən bir dərman kimi istifadə edilir. Bundan əlavə cirəni razyana ilə bərabər hissədə qarışdırıb dəmləməsi mədə xəstəlikləri zamanı müsbət təsir edir. Meyvəsindən hazırlanan çay, ana südünün artmasına kömək edir. Cirədən hazırlanan sulu cövhər əlləri dizenfeksiya edir və ağcaqanadları qovur.
Cirə çörək-bulka, unlu, qənnadı, məmulatında və müxtəlif xörəklərin hazırlanmasında işlədilir. Yağından cirə damcısı, sinə məlhəmi, diş pastası, dış tozu, ətirli su və s. hazırlanmasında qatqı kimi istifadə edilir. İştahanı artırmaq üçün də işlədilir.