1.1.9. Zəncəfil
Bizim eradan çox-çox əvvəl zəncəfili Çin və Hindrstanda məşhur ədviyyat bitkisi kimi əkib becərmişlər. Zəncəfilin kökümsovlarının tərkibindəki ətirli maddələrdən qətran, az uçucu təsirə malik olan qurudulmuş kökümsovlarında 1,8-3,5 %-ə qədər efir yağı vardır. Dünyanın bir çox ölkələrində ədviyyə bitkisi kimi sayılan zəncəfil eyni zamanda, müalicəvi xüsusiyətlərinə
görə qiymətli sayılmışdır. Beləki, onun kökümsovlarından hazırlanmış preparatlardan, eləcə də gövdələrindən taun, tif, qıcolma və bu kimi xəstəliklərin qarşısının alınmasında istifadə edilmişdir. Bundan başqa onun tozundan müalicəvi təsirə malik olan mayaların, cövhərlərin, iksirlərin tərkibinə qatırlar.
1.1.10. İstiot
Qara istiot (Piper nigrum L.) hündürlüyü 10-12 metrə çatan meşə mənşəli ağac olub, qədim ədviyyə bitkisi sayılır. Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadi vardır. Onun xoş ətir verməsinə səbəb tərkibində 0,9-2,5% qədər efir yağının, kəskin büzüşdürücü xassəsi isə tərkibində 5-9 % qədər piperin alkaloidinin olmasıdır. Bundan başqa onun tərkibində 1-2 % kitrə, 6-12 % yağ və çoxlu nişasta və kapsaitsin
adlı yandırıcı, acılıq verən maddə vardır. Qara istiotun meyvəsinin tərkibində 10-14 % efır yağı vardır. Efir yağının tərkibində 2,5 % kubebin və qummipa bənzər maddələr vardır. Qara istiot qiymətli ədviyyə bitkisi olmaqla bərabər, həm də dərman bitkisi sayılır. Meyvəsindən hazırlanan preparatlardan sidik yollarının soyuq dəymələrində papiros çəkən adamlarda əmələ gələn astma və eləcə də dəri zöhrəvi xəstəliklərin müalicəsində geniş istifadə olunur.
İstiot ən çox yeyinti sənayesində işlədilir. Qara istiot iştahanın artırır və həzmi yaxşılaşdırır. Ət və tərəvəz məhsullarından hazırlanan müxtəlif xörək növlərinə və kolbasalara xoş ətir, tam vermək üçün ədviyyə qatqısı kimi istifadə olunur.
Qırmızı istiot (Capsicm uannum L.) birillik ot bitkisidir. Onun tərkibində 10-34 % fruktoza, 2-19,6 % saxaroza, 3,5-11,5 %) qlükoza, 5,5-9,3 % zülal maddələri, 500-600 mq% C vitamini, 1,6-13,9 mq% karotin, az miqdarda P, B1 və B2 vitaminləri və s. vardır. Tibbdə dərman maddəsi kimi xüsusən bədənin donmuş yerlərinin sağaldılmasında, revmatizmə qarşı, iştahgətirici və s. məqsədlər üçün istifadə olunur. İstiot müxtəlif salatların hazırlanmasında və tərəvəz konservləri istehsalında istifadə olunur. Ədviyyə kimi qırmızı istiot bir çox yeyinti məhsullarının vitaminləşdirilməsində əlavə qatqı kimi geniş istifadə olunur. Ədviyyə kimi təzə və qurudulmuş halda istifadə edilir.
1.1.11. Zirə