Yabanı halda Hindistan və Ventamın rütubətli meşələrində yayılmışdır. Mədəni halda isə Birmada, Hind-Çində, Şiri-Lankada, Hindistanda və s. ölkələrdə becərilir. O, qonur rəngli ətirli, ədviyyəlidir. Büzüşdürücü dada malikdir. Toxumlarında 3-8 % qədər efir yağı vardır. Yağın tərkibi limonen, terpineol, borneol, onların mürəkkəb efiri sineol və s. maddələrlə zəngindir.
Hil həzmi yaxşılaşdırır. Ürəyi və mədəni möhkəmləndirir. Əhval-ruhiyəni yüksəldir. O, eyni zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Onu mədə xəstəliyi, ürək bulanma və qaraciyər ağrısı, böyrək daşı zamanı işlətmək
xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna çəkirlər və müxtəlif səbəbdən yaranan baş ağrısını sakitləşdirməkdə istifadə edirlər. Bunun toxumlarından tibbdə bir çox xəstəliklərin, ödqovucu, öskürək, zökəm, revmatzm və s. müalicəsində istifadə olunur.
Bu ədviyyat spesifik ətrinə görə fərqlənib, iaşədə, konserv sənayesində istifadə edilir. Bundan əlavə ədviyya kimi müxtəlif xörəklərə də əlavə edilir.
1.1.8. Sarıkök
Sarıkök təxminən 3 min il əvvəl Asiya ölkəsində Çində, Hindistanda, Vietnamda, İranda, Əfqanıstanda, Misirdə və Cənubi Amerikada əkilib becərilmişdir. Kökümsovların tərkibində 1,5-5,0 % qədər efir yağı, nişasta, alkaloid maddələri, müxtəlif duzlar, qətran, kalium, boyaq maddəsi və s. vardır. Qədim zamanlardan hal-hazıra kimi müxtəlif ölkələrdə sarkökdən dərman, ədviyyə, boyaq, efir yağılı, bitki kımi istifadə edirlər.
Hal-hazırda dünyanın 20-dən çox ölkəsində sarıkökdən müxtəlif növ dərman preparatları hazırlanır. Xalq təbabətində sarıkökdən qankəsici, ağrısakitləşdirici, maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan qaldıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə olunur. Sarıkökdən nişasta, reaktivlər, yeyinti və toxuculuq sənayesi üçün boyaq və s. maddələr alınır.
Sarıkökün qurudulmuş kökumsovları döyülərək toz halına salınaraq ət, balıq, plov, xəmir və s. xörəklərə qatqı kimi əlavə edilir. Bundan başqa sarıkök cövhərindən qoğal, fəsəli, kökə və s. üzərinə də sürtülür. Yeni alınmış sarıkök sortları kəskin xoş iyə, acımtıl tama və yüksək keyfiyyətli sarı rəngli boyaq maddəsi saxlamalarına görə başqalarından fərqlənir.