Azərbaycanda 6 növü yayılmışdır. Bunlardan adi zəfəran (Croucs sativus L.) ən geniş yayılanıdır. Zəfəran çox qədim zamanlardan ətir verən, ədviyyə, gözəl rəng verən, həm də dənnan bitkisi kimi istifadə edilməyə başlanmışdır. Hələ 4000 il bundan əvvəl insanlar ondan müxtəlif məqsədlər üçün istifadə etmişlər. Zəfəranın dişicik tellərinin tərkibində 0,4-1,3 % efir yağı. 3,5 % boyayıcı maddə krosin, pikrokrosin. 9.8-10,9 % azotlu maddələr, 16,8-21,9 % şəkər. 8,9 % sellüoza və 5,1-5,3 mq% B2 vitamini və s. vardır.
Zəfərandan qədim zamanlarda el arasında dərman kimi istifadə edilirdi. İndi də təbabətdə müalicə məqsədi kimi işlədilir. Zəfəran antiseptik xassəyə malikdir. Tibbdə mədə-bağırsaq, göz xəstəliklərinin müalicəsində ağrıkəsici maddə kimi və s. məqsədlər üçün geniş istifadə olunur. Bundan əlavə qıcolmada, ağrıkəsmədə, əsəb sakitləşdirmədə, ürək ağrılarında, göy öskürəkdə, mədə yə göz xəstəliklərində və s. işlədilir. Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər böyrək və sidik kisəsi ağrılarına müsbət təsir edir. Zəfəran hələ qədim zamanlardan başlamış XX əsrin əvvələrinə kimi yun, ipək məmulatlarının boyadılmasında geniş istifadə olunmuşdur.
Zəfəran çox qədim zamanlardan müxtəlif xörəklərin hazırlanmasında, qənnadı sənayesində geniş istifadə olunur. Hazırda zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox sahələrində, qənnadı məhsulları sənayesində, aşpazlıqda, yağ və pendir istehsalında işlədilir. Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir vermək üçün işlədilir. Milli xörəklərin hazırlanmasında zəfərandan daha çox istifadə edilir. Azərbaycanda zəfəran əlavə edilməklə 50- dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat mamulatı hazırlanır. Azərbaycanın əsas ətqaralı aşı zəfəransız ola bilməz.
Eyni zamanda zəncəfilin gözəl müalicə əhəmiyyəti həzm üzvlərinin fəaliyyətini yaxşılaşdarmaq, mədə-bağırsaq iltihabının qarşısını almaq və başqa təsir xüsusiyyətini göstərmək olar. Zəncəfilli çayı həm də zəncəfil əlavə edilmiş xörəkləri mədə-bağırsaq xəstəliklərinə tutulanlar üçün xeyirlidir. Hal-hazarda zəncəfildən ədviyyə kimi dünyanın əksər xalqlarının mətbəxlərində hazırlanmış xörəklərin tamını, ətiri və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat qatqısı kimi ən çox qənnadı çörək-bulka, spirtsiz içkilər, pivə istehsalında, ətriyyat və konserv sənayesində geniş istifadə olunur. Kökümsovunda şirəsi çox olan zəncəfildən ən çox şirniyyat növlərinin hazırlanmasında istifadə edilir.
1.1.7. Hil