Nanə çox qiymətli çoxillik bitki olmaqla demək olar ki, istifadə dairəsi çox genişdir. Nanədə efir yağının miqdarı 2% ətrafında olub, yağın əsas komponentləri karbakrol, tinol, borneol, sineol, pinen və bir sıra terpen birləşmələridir. Bundan başqa tərkibində aşı və qatranmaddələri də tapılmışdır. Nanə efir yağının əsas hissəsi ətirli mentol efiridir. Ətirli nanədən hazırlanan cövhərdən mədə ağrılarında, köpmədə, bağırsaq qurdlarının tökülməsində istifadə olunur. Nanədən çay növləri mədə-bağırsaq, həzm aparatının, ferment ifraz edən vəziələrin, fəaliyyətini nomalaşdırır. Efir yağından hazırlanan bir çox preparatlardan ağrıkəsici, qıcolmada, qızdırma xəstəliklərində sərinləşdirici kimi istifadə edilir.
Nanə şərbəti mədəni quvvətləndirir, ürək bulanma, ishal və qıcqırmaya qarşı faydalıdır.
Nanə çox qiymətli bitki olmaqlda demək olar ki, istifaəd dairəsi çox genişdir. o, təzə halda müxtəlif xörəklərin salatların hazırlanmasında istifadə edilir. Nanənin qurudulmuşu ədviyyə kimi ət, balıq, quşəti və tərvəzələrdən hazırlanmış müxtəlif xörəklərə xoş ətir veilir və vitaminlərlə zənginləşdirir. Efir yağından isə sabınbişirmə, ətriyyat, şirniyat və kosmetika sənayesində geniş istifadə edilir. Bundan əlavə efir yağından ətirli şirələr, şərbətlər, spirtli içkilər, nanə arağı hazırlanır.
1.1.2. Mərzə
Mərzə Dalamazkimilər (Lamiaceae Lindl.) və ya dodoqçiçəyikimilər (Labiatae) fəsiləsinə, mərzə (Saturea) cinsinə aiddir. Onun iki növü məlumdur 1. Birillik, bağ mərzəsi (Saturea hortensis L.), 2. Çoxillik dağ mərzəsi (Saturea montana L.).
Birillik mərzə və reyhan Azərbaycanın başlıca ədviyyə bitkiləridir. Bu mərzənin üç populyasiyası var: 1) alçaqboylu. 2) ortaboylu, 3) uca boylu. Alçaq və ortaboylu mərzə Yaxın Şərq, Zaqafqaziya, Kiçik Asiya, Bolqarıstan, hündür boylu mərzə isə Qərbi Avropa və Amerikada yayılmışdır. Alçaq boylu mərzə yığcam kola malikdir və daha xoş ətirlidir.
Dünyanın bir çox regionlarında mərzənin 4-6 növü mədəni halda əkilib becərilir. Mərzə respublikanın müxtəlif rayonlarında həyətyanı sahələrdə becərilir. Mərzənin yerüstü hissəsində 1-3,5%-ə qədər efir yağı vardır. Bitkinin efir yağı yaşımtıl-sarı rəngdə olub, kəskin acımtılşirintəhər dada malikdir. Yağının tərkib hissəsinin 40%-ni kamfora, terpeni təşkil edir. Cavan zoğlarının tərkibində 127 mq% rutin, 44 mq% askorbin turşusu, 5,5 mq% karotin və s. maddələr vardır. Mərzədə olan efir yağı sasən terpinendən ibarə olub, ümumi efir yağının 36-42%-ni təşkil edir. Mərzə spesifık ətrə, nisbətən büzüşdürücü, müəyyən qədər acı dada malikdir.
Tibdə mərzə komforasından istifadə olunur. Mərzədən hazılanan preparatlardan və cövhərlərdən nəfəs yollannın soyuqdəymələrində, həzm sistemi üzvlərinin fəaliyyətinin nizama salınmasında, astma, zökəm, qarın köpü, əsəb öd kisəsi və s. xəstəliklərin müalicəsində istifadə edilir. Mərzədən ədviyyə kimi kulinariyada istifadə olunur.