Tozu və toxumundan hazırlanan ekstraktından iştahgətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun yağı fitonsidli vasitə kimi tibbdə geniş istifadə edilir. Cövhəri ilə ağız qarqara edirlər.
Şüyüddən təzə halda bütün il boyu tərəvəz kimi istifadə edilir, konserv sənayesində toxumlamış halda gövdələr ən geniş miqyasda istifadə olunur. Qənnadı sənayesində, ətriyyat istehsalında əvəzi olmayan bitkidir. Duza, şorabaya qoyulan meyvə-tərəvəzləri bu bitkisiz təsəvvür etmək qeyri-mümkündür. Qurudulmuş şüyüd ət, balıq və tərəvəz xörəkIərinin tərkibinə qatqı kimi əlavə olunur, həmiçnin pəhriz yeməklərinin hazırlanmasında da geniş istifadə edilir. Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Şorbaya, tərəvəz, kartof, balıq və əttdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Şüyüd müxtəlif şirələrin, şərbətlərin, şərabların, ətirli sirkələrin istehsalında geniş istifadə olunur. Şüyüd toxumu qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Toxumunun tərkibində efir yağının çox olmasına görə ondan likör-araq istehsalında, qənnadı, çörək-bulka, ətriyyat, kosmetika və sabunbişirmə sənayesində daha geniş istifadə olunur.
1.7.3. Keşniş
Keşniş tərəvəz, efir yağlı və dərman bitkisi olub respublikamızda çox geniş becərilir. Birillik bitkinin həm meyvəsindən, həm də yaşıl kütləsindən istifadə olunur. Keşnişin toxumlarında 0,6-1 %-ə qədər efir yağı, 10-15% piyli yağ, 10-17% zülal, üzvi turşular, C vitamini, aşı maddəsi, şəkər, nişasta vardır. MDB ölkələrində bitki efir yağlarının 70%-i keşniş tozumundan alınır.
Toxumundan hazırlanan müxtəlif dərmanlar mədəbağırsaq xəstəliklərinə qarşı, böyrək, öd
kisəsinin iltihabı, tənəffüs yolları xəstəliklərinin müalicəsində gözəl təsirə malikdir. Elmi təbabətdə meyvələrindən və efir yağından həzm prosesini yaxşılaşdıran və iştahartıran vasitə kimi istifadə olunur. Xalq təbabətində təzə keşnişdən alınan şirədən, toxumunun çayından hipertoniya, soyuqdəymədə, mədə yaralarının müalicəsində ağrıkəsici, antiseptik vasitə kimi geniş istifadə olunur. Keşniş öd ifrazı şiddətini azaldır, mədə iltihabı, susuzluq və ürək bulanmaya qarşı müsbət nəticə verir. Keşniş suyu ilə ağızı qarqara edirlər. Onun toxumu bədənə quruluq verir, ürək döyüntüsü, baş ağrısı zamanı faydalıdır. Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır.
Keşnişin toxumları ədviyyə kimi kolbasa, pendir, çörək-bulka, qənnadı məhsullanna və eləcə də ət, balıq, tərəvəz xörəklərinə, xiyar, pomidor, kələmdən tutulan turşulara ədviyyə kimi əlavə edilir. Keşniş efir yağından ətriyyat, kosmetika sahəsində, texnikada və eləcə də sabunbişirmə, tütünçülük, toxuculuq sənayesində istifadə edilir. Keşnişin yaşıl kütləsi bütün il boyu xalq tərəfindən müxtəlif xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur.